Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır. İnsan kainatın ən möcüzəli varlığıdır.
Minillərdir ki, özünün psixologiyasının tərifini tapmaqda aciz olan insan özünü araşdırdıqca daha çox kainatı kəşf etməyə nail oldu, amma özünü tapa bilmədi… Özünü tapa bilməyən ulu insanlar minillər əvvəl dini inanca tapındılar.
Varlıq olaraq bəşər övladı tapınandır. Dini inanc üçün tapınan insanlar bir gün tapınaqlar yaratdılar və o gündən qəlblərində özləri ilə yaş
Özünün yaratdığı dini inanc insandan bir addım önə çıxdı… Dünya gülzar, əhli-dünya insanlar şən, şaqraq idilər.
Tərki-dünya abidlik həyatı yaşayan ruhanilər və onların "dünyası" digər insanlar üçün bir növ qaranlıq görünürdü.
Dünyəviliyə qara görünən ruhanilik yalnız bu dünyada bir rəngi təmsil edən qüvvə ilə daha çox uzlaşdı, daha çox yaxınlaşdı, daha sıx bağlı oldu.
O qüvvə qırmızını özündə ehtiva edən çılğın döyüşçü , əskər ruhu, və hər yeri qana boyayan müharibələr idi.
Xristian dünyasında bu özünü belə xarakterizə etmiş oldu: kilsə və cəngavərlər, kilsələrə bağlı müxtəlif ordenlər- tamplierlər, prioratlar və s.