Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

QIRMZI VƏ QARA Stendalın eyniadlı romanı haqqında

QIRMZI VƏ QARA Stendalın eyniadlı romanı haqqında

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İnsan kainatın ən möcüzəli varlığıdır. Minillərdir ki, özünün psixologiyasının tərifini tapmaqda aciz olan insan özünü araşdırdıqca daha çox kainatı kəşf etməyə nail oldu, amma özünü tapa bilmədi… Özünü tapa bilməyən ulu insanlar minillər əvvəl dini inanca tapındılar.

Varlıq olaraq bəşər övladı tapınandır. Dini inanc üçün tapınan insanlar bir gün tapınaqlar yaratdılar və o gündən qəlblərində özləri ilə yaşatdıqları yaradanı tapınaqlara daşıdılar və min illərdir ki, tapınaqlarda mənsəb sahibləri, söz sahibləri olan ruhanilər külli miqdarda ağlagəlməz varidata və böyük gücə müyəssərdirlər. Özünün yaratdığı dini inanc insandan bir addım önə çıxdı…
Dünya gülzar, əhli-dünya insanlar şən, şaqraq idilər.  Tərki-dünya abidlik həyatı yaşayan ruhanilər və onların "dünyası" digər insanlar üçün bir növ qaranlıq görünürdü. Dünyəviliyə qara görünən ruhanilik yalnız bu dünyada bir rəngi təmsil edən qüvvə ilə daha çox uzlaşdı, daha çox yaxınlaşdı, daha sıx bağlı oldu. O qüvvə qırmızını özündə ehtiva edən çılğın döyüşçü , əskər ruhu, və hər yeri qana boyayan müharibələr idi. Xristian dünyasında bu özünü belə xarakterizə etmiş oldu: kilsə və cəngavərlər, kilsələrə bağlı müxtəlif ordenlər- tamplierlər, prioratlar və s.
XIX əsr Fransız ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Stendal məhz ona daha çox məşhurluq gətirən "Qırmızı və qara" romanında bu mövzuları önə çəkmiş, özünəməxsus, bənzərsiz bir şəkildə psixoloji sarsıntılar və cəmiyyətdə müəyyən mənsəb hərisliyi ilə alovlanan, çılğın ehtiraslara əsir olan, kəskin siyasi-ideoloji fikir ayrılıqlarına mənsub insanların, sərvətin, pulun və ümumiyyətlə dövrün ictimai-siyasi vəziyyətini  mükəmməl şəkildə təsvir etmişdir. Stendala görə inqilabi, siyasi hadisələr xalq və dölətdən daha çox ayrı-ayrı fərdlərə təsir göstərir. Roman o dövrkü Fransa burjua inqilabından sonrakı ictimai həyatı, burjua cəmiyyətindəki ictimai əxlaqi çürüklüyü, cəmiyyətdəki ziddiyyəti eyni zamanda da fərdlərin üzərinə köçürülmüş cəmiyyətin sosial və  psixoloji vəziyyətini özündə ehtiva edir.


Əsərin baş qəhrəmanı Jülyen xarakter etibarı ilə cəmiyyətdə mənsəb qazanmaq istəyən çılğın bir  gəncdir. Napoleonçu Jülyen içində yuva qurmuş bu ehtiraslı napoleonçuluğu zahirə çıxara bilmir,çünki  inqilabdan sonrakı Fransada bunu aşkara çıxarmaq bütün cəmiyyətdə nüfuzunu itirmək, olan-qalanından da məhrum olmaq demək idi. Dülgər Sorelin ailəsində dünyaya gələn Jülyen mənsub olduğu sinfə nifrət edir. O az vaxtda yüksək mənsəb əldə etmək üçün alışıb-yananlardan idi. Ailəsinin ənənəvi ağac emalı və dülgərlik peşəsi Jülyenin xarakterinə,onun əldə etmək istədiklərinə yad idi. Napolen dövründə sadə xalq nümayəndələrinin karyera qurub mənsəb sahibi olmasının  tək yolu orduya girmək idi. İndi isə zaman dəyişib və cismən cılız, iddiaları isə böyük olan Jülyen üçün bunlar mümkünsüzdü. Ancaq qoca alay həkiminin  ona öyrətdiyi latın dili və kure Şelandan aldığı dini dərslər Jülyenin girdabdan çıxmasının vizit kartı oldu. Cəmiyyətdə ali mənsəb qazanmaq istəyən Jülyenin yeganə yolu ruhani olmaq idi,lakin Jülyen əslində tanrını tanımırdı. Onun tanrısı qara əbaya bürünüb varlı bir insana çevrilmək hissi idi. Jülyen daxilən qırmızı -əskər idi. Bu,  hiss olaraq onun ruhuna hakim kəsilmişdi. Jülyen həyatla mübarizədə arzularına çatmaq üçün vuruşurdu. O əslində ruhani libasına bürünüb döyüşürdü. Jülyen həyatla,ətrafındakı aristokrat burjuaziya ilə savaşırdı. Ruhanilik isə onun qalxanı idi. İlk vaxtlar bunu anlamayan sadəlövh,bəsit düşüncəli gənc zamanla daha bitkin,daha mükəmməl birisi olmağa başladı və müdhiş fəndgirliyi onu xeyli irəli apardı.
On səkkiz yaşlı dülgər oğlu vaxtilə qoca alay loğmanından öyrəndiyi latın dili sayəsində cənab Renalın vasitəsiylə parlayır. Əvvəlcə ona cansıxıcı gələn mürəbbilik tədricən onu çox dəyişdiri və o uşaqları sevir. İlk vaxtlarda onda ikrah hissi yaradan,nifrətlə baxdığı xanım Renal tədricən onun üçün o zaman qədər duymadığı bir hissin ünvanı olur. Nifrətdən sevgiyə bir addım məsafənin olduğu aşkara çıxır. Məqsədimiz əsəri qısa xülasələrlə təqdim etmək deyil. Belə bir möhtəşəm psixoloji romanı hər kəs özü oxuyub öz fəlsəfəsi ilə müzakirə etsə daha yaxşı olar. Hər kəsin dünyaya, həyata, oxuduqlarına, gördüklərinə və əməllərinə baxış bucağı fərqlidir.
Stendal Jülyenin timsalında müdhiş bir eqolu gəncin obrazını yaratmışdır. Jülyen eqodur. Ona aşiq olan hər iki qadın-xanım Renal və madmazel Matilda Jülyenin aşiqi,onun əsiridirlər. Hər iki qadının ona dəli kimi bənd olmasının birinci səbəbi Jülyenin onlara qarşı biganəliyidir, və əsrarəngiz qadın qəlbi bununla barışa bilmir. Qarşılarında nə qədər mənsəbli,şöhrətli insanların əyilmələrinə öyrəşmiş bu yüksək elitar təbəqənin gözəl qadınları dülgər oğlunun bu biganəliyinin qarşısında acizdirlər. Jülyen bir növ öz şahmat taxtasında onları pat vəziyyətə salır. Jülyen həm stoik, həm də işini bilən manipulyatordur. Bunu təkcə qadınlar üzərində manipulyasiyasında deyil həmçinin arzularındakı qırmızadan-hərbçidən qara mantiyalı keşişə keçiddə də müşahidə etmək olar. O qırmızı alovdur, dəhşətli atəşdir və bu təhlükəli, yandırıb-yaxan qırmızı alov arxada yalnız qara bir xərabət buraxır. Əsər bir-birinə zidd müxtəlif obrazlarla zəngindir. Jülyen Sorel içində var olduğu sinfi bərabərsziliyə nifrət edir. İnsanların maskalanmağı, var-dövlət hərisliyi, tanrının ədalətindən danışıb ən böyük haqsızlıq edən yaltaq din xadimlərinin ikiüzlülüyü onda ikrah hissi oyadır. Əgər əlində imkanı olardısa o bu saxta quruluşu gərəksiz zadəgan titularını məhv edərdi. Jülyenə görə, "İnqilab bu və digər ictimai quruluşun şıltaqlıqları nəticəsində yaradılmış bütün titulları məhv eyləyir. Hətta bu zaman insan ölümün üzünə dik baxmaq bacarığına görə layiq olduğu yeri tutur. Bu vaxt ağıl da öz qüdrətini itirir… "
Atasının timsalında özü də daxil olmaqla bütün sərvət hərisi olan insanlar bir gün onun gözündə qəpik qədər də dəyər sahibi olmurlar. Jülyen bir gün əsl gerçəyi dərk edir, amma bu gerçəklər onun sonunu gətirir.
Stendal romanda bir zamanlar içində döyüş ruhu olan, lakin miskin, elmə, kitablara maraq yetirən, oxumaq, keşiş olmaq  hərisliyi ruhunda kök salan, lakin sonradan ehtirasa yenilən, iki qadının həyatını məhv etdikdən sonra həqiqətləri əxz edib özünü fəda edən şəxsiyyətin obrazını mükəmməl şəkildə təsvir etmişdir. Yazıçı roman boyu Jülyen kimi istedadlı bir gəncin qısa ömür yolunda şəxsiyyətin formalaşmasında özünü təsdiq etməsində mühitin və zamanın rolunu ustalıqla canlandırmışdı. "Qırmızı və qara" bəsit eşq oyunlarından ibarət əsər deyil, mükəmməl psixoloji realist bir romandır. Mövzusu həyatdan və qismən də yazıçının öz yaşadıqlarından alınmış bu roman Stendalın ən şah əsəridir. İnsan psixologiyasnı, onun fərd olaraq maddi və mənəvi ehtiyaclarının varlığı necə dəyişdirmək iqtidarında olmasını, sevgi oyunlarını, ikiüzlülüyə qarşı sonsuz nifrəti, pulun insan üzərindəki hakimliyini, eşqin insanı hansı vəziyyətə salmağını, həqiqi eşqin unudulmazlığını, ölməzliyini bu qədər peşəkar, bu qədər çəkici, sirr içində sirr kimi təsvir etmək yazıçının mükəmməl peşəkarlığının təsdiqidir. Tanrının ədalətini təbliğ edən, üzdə özlərini tərki-dünyalığa, nəfsani hisslərdən uzaq olmağa "təhkim" edən, saxtakar din xadimlərinin əlində insan həyatı alver predmetinə çevrilir. Sərvət ehtirası qəzəbli atanı belə muma döndərir, ölümə təhkim olunmuş oğlunun pulları acgöz ataya nemət kimi görünür və Jülyen belə deyir: "Pulsuzluq qarşısındakı qorxu, şişirdilmiş, adı insan qəddarlığı olan tamahkarlıq ona imkan verəcək ki, mənim vəsiyyət elədiyim üç-dörd yüz luidorla təsəlli tapıb, sakitləşsin. Bir bazar günü, nahardan sonra o bu qızılları veryerli paxıllara göstərəcək. Onun baxışları o paxılların üzündə gəzərək, açıq-aşkar soruşacaq: sizin hansınız bu pulların əvəzində oğlunuzun boynunu gilyotinə qoymağına həvəslə razı olmazdınız? Onun bu fəlsəfəsi həqiqətdən çox uzaq olmasa da, adamı öldürəcək qədər qəddar idi".
Dəhşətlidir, deyilmi?
Jülyen tanrıya inanmırdı və bunu ölümqabağı onun görüşünə gələn artist rahibə və ruhunun bağışlanması üçün dua edənlərə xitabında da aydın sezmək olar: "O, xeyirxah rahib bizə Tanrıdan danışardı. Amma hansı Tanrıdan?
İncildəki Tanrıdan, qisas həvəsiylə alışıb-yanan xırdaçı Tanrıdan deyil, Volterin ədalətli, xeyirxah, böyük ürəkli Tanrısından!”

Əzbər bildiyi Əhdi-Cədidi xatırlayan Jülyeni həyəcan bürüdü:

- Amma necə ola bilər ki, rahiblər Tanrını bu qədər urvatdan salandan sonra onun adının əzəmətinə inansınlar.

Tanrıya inanmadığı kimi, ziddiyyətli fikirlər içində azmış Jülyen sevgiyə də inanmır. Lakin bir gün gec də olsa sevdiyinə, sevildiyinə inanır. İki qadınla macara yaşayan Jülyen onların arasında sevgi seçimi edir. O xanım Renalın neçə böyük bir məhəbbətlə onu sevdiyini dərk edir, öz acizliyindən, riyakarlığından utanır və ölümü daha üstün tutur. Ölüm Jülyenin kirlənmiş ruhunu təmizləyəcək, onu bu dünyadakı mənəvi əzablardan qurtaracaqdı. İki qadın arasında qalan Jülyen Sorel sonda əsl sevgisinin kim olduğunu çox gözəl anlayır. Matilda ona, o isə xanım Renala pərəstiş edir. Matilda onun xanımı , o isə xanım Renalın aşiqi olur. Xanım Renal onun ülvi eşqi, Matilda isə bioloji arvadı və doğulacaq övladının anasıdır. Hər iki qadın Jülyen üçün fədakarlıq edir. Matilda onun gilyotində vurulmuş başını özü ilə aparıb dağda dəfn edir, dünyanın xərcini çəkərək onun qəbrini düzəltdirir, dünyəvi olaraq Matilda hər nə lazımdırsa edir amma xanım Renal saf, qibtə ediləcək bir şəkildə sevgisinə qovuşur. Jülyenin edamından üç gün sonra övladlarını qucaqlayaraq dünyasını dəyişir. Bir-birinə əks olan ülvi bir məhəbbət. İzah olunmaz məhəbbətlə övladlarını qucaqlamış ana və eyni zamanda da sevdiyi adamın yoxluğuna dözməyib ürəyi onun sevgisi ilə döyünən və əbədi ayrılığa dözməyən sevən qadın  və möhtəşəm Stendal zəkasının məhsulu olan dərin psixoloji realist roman. Romanın möhtəşəmliyi insanı içdən titrədir, fərdlərin dərin, çılğın və mürəkkəb psixologiyasını rəngli boyalarla göz önündə canlandırır.

Fərid MURADZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Fevral 2025 00:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see184

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see158

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see149

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see147

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see140

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri