Qırxıncı pillədən sonra | Icma.az
Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Cənnətməkan yurdumun hər qarışı sirli-sehrlidir.
Bu sehr insanı bir dəfə ağuşuna aldısa, çətin ki, ondan qopub ayrıla biləsən.
Hər dəfə Ordubada gələndə sanki uçsuz-bucaqsız sehrli yola çıxdığımı hiss edirəm.
Bəzən mənə elə gəlir ki, Ordubadın gözəlliklərini, yeraltı və yerüstü dünyasını gəzib¸ öyrənməyə bir ömür yetməz.
Hələ düşünəndə ki, buradakı küçələrdən, yolardan kimlər, kimlər keçib adamın ürəyi dağa dönür.
Görkəmli maarifçi-pedaqoq Məhəmməd Tağı Sidqinin, akademik Yusif Məmmədəliyevin, tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin, Fəqir Ordubadinin, Qüdsi Vənəndinin ayağı dəydiyi, gözünün baxdığı yollara, küçələrə dikilib gözlərim.
Orta əsr plan quruluşunu qoruyub saxlayan bu yurd yerinin hər daşından, hər kərpicindən xatirə qoxusu duyur insan.
Xalqımızın həyat tərzini, incə ruhunu, əl qabiliyyətini, mənəvi dünyasının naxışlarını görməmək mümkün deyil bu nağıl kimi küçələrdə.
Tam oxu
Xəbəri oxu