Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

Qırxıncı pillədən sonra

Qırxıncı pillədən sonra

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cənnətməkan yurdumun hər qarışı sirli-sehrlidir. Bu sehr insanı bir dəfə ağuşuna aldısa, çətin ki, ondan qopub ayrıla biləsən. Hər dəfə Ordubada gələndə sanki uçsuz-bucaqsız sehrli yola çıxdığımı hiss edirəm.

Bəzən mənə elə gəlir ki, Ordubadın gözəlliklərini, yeraltı və yerüstü dünyasını gəzib¸ öyrənməyə bir ömür yetməz. Hələ düşünəndə ki, buradakı küçələrdən, yolardan kimlər, kimlər keçib adamın ürəyi dağa dönür. Görkəmli maarifçi-pedaqoq Məhəmməd Tağı Sidqinin, akademik Yusif Məmmədəliyevin, tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin, Fəqir Ordubadinin, Qüdsi Vənəndinin ayağı dəydiyi, gözünün baxdığı yollara, küçələrə dikilib gözlərim.

Orta əsr plan quruluşunu qoruyub saxlayan bu yurd yerinin hər daşından, hər kərpicindən xatirə qoxusu duyur insan. Xalqımızın həyat tərzini, incə ruhunu, əl qabiliyyətini, mənəvi dünyasının naxışlarını görməmək mümkün deyil bu nağıl kimi küçələrdə. Hər dəfə bu küçələrlə addımlayanda Günəşin şəfəqlərinin ruhuma nur çilədiyini duyuram. Neçə-neçə ziyalının yetişdiyi torpaqda addımladığım üçün mənəvi kamilliyin yolunu çəkən insanların izinə düşdüyümü hiss edirəm. Hər daşın sirrini, səbəbini öyrənmək və hər kəsin bilməsi istəyi ilə əlimdən gələni etməyə çalışıram.

Bir bazar günündə yol aldım Ordubada. Ordubad rayonu Naxçıvan şəhərinin 75 kilometrliyində yerləşir. 75 kilometrlik yolu qət edəndən sonra dağlarla əhatələnmiş, tarixə şahid Arazın, sol sahilindən, Araz çayının lal baxışları ilə üz-üzə duran, Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı cənnətməkan Ordubada çatıram. Bu dəfə də diqqətimi cəlb edən Ordubadın məhəllələrindən birində yaşı 4 əsrdən çox olan yeraltı kəhriz oldu. Burada nağıl kimi küçələr, dar döngələr, səliqəli tikililər insanı bambaşqa bir aləmə aparır. Eni bəzi yerlərdə 3-4, bəzi yerlərdə 2 metr olan dar küçələrlə gəlib Qırxpilləyə çatdım. Qısa, həyəcanlı həm də maraq dolu olan bir yolun başlanğıcında idim. Birinci pilləyə ayağımı qoyub yavaş-yavaş aşağı enməyə başladım. İlk pillələr Günəşin şəfəqlərindən işıqlandığı halda, dərinliyə endikcə digər pillələr qaranlıq içində idi. Pillələrin hər biri böyük çay daşlarından idi. Sağ və sol divarlar səliqə ilə iri çay daşları ilə hörülmüşdü. Hər daş pillənin tavanındakı hamar çay daşları da çox səliqəli və ustalıqla düzülmüşdü. Artıq 40-cı pillədən sonra yonulmuş daşların arasından gələn suyun axıntı səsləri insanı təbiətin, insan zəhmətinin sehrində birləşdirirdi. Sanki dağlardan damla-damla süzülüb gələn su irili-xırdalı daş parçalarına sığal çəkərək sehrli bir nəğmə oxuyurdu. Ağ mirvari dənələri kimi axıb gedən su tərkibindəki minerallar səbəbindən bəzədiyi daşların arasından o qədər yumşaqlıqla süzülürdü ki, bir ahəng, doyumsuz bir aləm yaradırdı. Sanki yerin altında olan möcüzələrdən xəbər verirdi. Çox da enli olmayan bu kiçik bir məkanda suyun gəldiyi lağımlar lap qədimlərdən inşa olunub. Burada misilsiz insan əməyini görməmək mümkün deyil.

Əldə etdiyim məlumatlara görə, qeyd etmək istərdim ki, Ordubadda mövcud olan çeşmələr XII və XVII əsrin yadigarlarıdır. Xüsusilə şəhərin qədim məhəllələrində olan “Sərşəhər”, “Dilbər”, “Hacı Tağı”, “Qara Hovuzbaşı”, “Əngəc”, “Nəhər”, “Çuxur”, “Hacı Məmmədqulu”, “Meyrəmçə”, “Şai”, “Peci” “Fağıra”, “Qırxayaq” çeşmələrinin üzərində qurulan ovdanlardan, onların üzərində yaradılan tarixi-memarlıq abidələrindən danışmamaq olmur. Bunlardan “Şai”, “Sərşəhər”, “Qamet”, “Qırxayaq” çeşmələrin üzərində qurulan ovdanlar əhalini içməli su ilə təmin etməklə yanaşı, eyni zamanda yayın isti günlərində onların istirahətini təşkil etmək üçün də yaradılmışdır.
Yaşlı insanların dediyinə görə, bu çeşmələrin bir çoxunu Təbrizdən gələn kankan və mühəndislər inşa etmişlər. Təbriz çeşmələrinə oxşar çeşmələrdən Ordubadda bir neçəsi mövcuddur. Bu çeşmələrdə gözəl şəkildə buzxana yerləri, ərzaq saxlamaq üçün taxçalar, daş pilləkənlər, ovdanlar və nəhayət, su buxarlarının çıxması üçün gümbəzvari damında deşik də qoyulmuşdur. Lakin sonrakı dövrlərdə salınan çeşmələrdə isə bəzi xidmət yerləri azaldılıb, onlar daha sadə formada tikilibdir. Bu çeşmələrin çəkilmə xüsusiyyətlərinə gəldikdə isə görürük ki, həmin çeşmələrin hamısı eyni prinsiplə, bir üslubda çəkilibdir. Yəni əvvəlcə kankanlar mühəndislərin fikrini tutaraq hansı səmtə doğru getdiklərini öyrənib, yerin üz səthindən başlayaraq yeraltı 10-15 metr dərinlikdə yüz metrlərlə tunel qazıb suyun mənbəyini tapıb, həmin yeraltı su anbarlarında yığılmış suyu hövzələrindən dartıb az mailli şəkildə spiralvari formada gətirib yerin üzərinə çatdırıblar.

Ordubad çeşmələri haqqında araşdırmalar apardığım zaman bir sıra məlumatlarla da rastlaşdım. XVII əsrdə yaşamış tarixçi Məhəmməd Müfid Mustafa Ordubad şəhərində 70-dən çox çeşmənin olduğunu bildirir. O, bu kəhrizlərin inşası zamanı mühəndislik prinsiplərinə düzgün əməl olunduğunu yazıb: “Kəhriz quyuları elə etibarlı yerlərdə mühafizə olunub ki, oraya heç bir yerüstü lil və ya çöküntülər daxil ola bilmir. Kəhrizlərin yer səthindən 10-15 metr dərinlikdə yerləşdirilməsi çirkli suların çeşmə sularına qarışmasına imkan vermir. Həmçinin Ordubad şəhərində kanalizasiya qurğularının mövcudluğu, hamamlar burada qədim şəhər mədəniyyətini təsdiq edən faktlardır”.
Ümumiyyətlə, çeşmə qazmaq, çıxartmaq çox əziyyətli və çətin olmaqla çox xeyirxah və savab iş sayılıbdır. Məhz bu cəhətlərə görə neçə yüz il bundan əvvəl salınmış çeşmələr bu günə kimi işləyir, xalqa xidmət edir.
Çeşmələrin bir çoxu isə Ordubadda XII əsrdə salınıb. Deyilənlərə görə, sözügedən əsrin əvvəlində I Şah Abbasın verdiyi fərmana görə ordubadlılar bütün vergilərdən azad olur və iqtisadi vəziyyət düzəlir, əhali artır. Buna görə də quruculuq işləri geniş vüsət alır, yeni çeşmələr salınmasına tələbat çoxalır. Beləliklə də, möhkəm və bu günə qədər də gəlib çıxmış yeraltı su kanalları inşa olunub.
Başdan-başa insan zehninin, insan zəhmətinin nəticəsi olan yeraltı və yerüstü abidələr xalqımızın nə qədər böyük mənəviyyata sahibi olduğunu göstərir.
Diqqətimi cəlb edən “Qırxpillə” məni bir daha maraqlı, sirli-sehrli bir aləmə apardı. Qırxıncı pillədən sonra mirvari suların sehrindən hələ də çıxa bilmirəm. Suyun o ecazkar səsi, şəffaflığı, dadı və sirli daşlarla söhbəti sanki əsrlərin sirrini saxladığını söyləyirdi.

Ulduz EYVAZQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Mart 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see507

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see316

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see253

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see252

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see246

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see243

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see235

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see227

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see210

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see207

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see204

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see199

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see195

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see195

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see189

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see187

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see186

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see180

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see180

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri