Qış aylarında açıq havada idman edərkən nələrə diqqət etməliyik? | Icma.az
Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq. Qış mövsümü açıq havada idman etməyə maneə deyil.
Doğru geyim və ayaqqabı seçimi ilə soyuq havalarda da idman etmək mümkündür.
Fiziki aktivliksizlikdən yaranan sağlamlıq problemlərinin qarşısını almaq üçün idmanın həyat tərzinə çevrilməsi vacibdir.
Qaynarinfo xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına görə, 2030-cu ilə qədər hərəkətsizlikdən qaynaqlanan sağlamlıq problemləri ilə 500 min nəfər üzləşə bilər.
Soyuq hava idman üçün faydalıdır İdman həkimi Ömər Özkan soyuq havanın fiziki və psixoloji cəhətdən bir çox fayda təmin etdiyini bildirir.
Soyuq hava orqanizmi daha çox kalori yandırmağa təşviq edir, maddələr mübadiləsini sürətləndirir və immun sistemini gücləndirir.
Psixoloji olaraq isə açıq havada idman etmək stressi azaldır, zehni sağlamlığı yaxşılaşdırır və depressiya əlamətlərini yüngülləşdirir.
Uyğun saat seçimi Ömər Özkan qışda açıq havada idman üçün ən uyğun vaxtın günorta və günortadan sonrakı saatlar olduğunu qeyd edir: "Təxminən saat 15.00 istilik baxımından ən uyğun zamandır.
Tam oxu
Xəbəri oxu