Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır. Dünyada qlobal iqlim dəyişikliyi baş versə də, fəsillər illər öncəki donunu bir-birin
Bir anlığa həmin fəslə qonaq olur, gözəlliklər əhatəsində dünyada biz insanların səhvi ucbatından yerləri dəyişən, zamanından, məkanından uz
Artıq həyatımıza qış fəsli daxil olub. Aylardan bəri birgə dünyamızı bölüşdüyümüz payızı yola salıb, qışı qarşılamışıq.
Düzdür, bəlli səbəblərdən payız da özünəməxsusluqlarını olduğu kimi göstərə bilmədi. Amma yenə də payız idi, gəldi və getdi.
Yayın yaşılını sarıya çevirib, istisini sazağına qatıb “mən payızam” deyə bildi. Payızın son ayı qışdandır, deyirlər.
İllər öncə bu deyimi payızın son ayında-dekabrda, hələ bir qədər də əvvəl-noyabrın ortalarından etibarən görə bilirdik.
Hələ qışa bir ay qalmış onun ağ rəngini, təbiəti bəyaza bürüyən donunu görə bilirdik. Qış, necə deyərlər, payızdan qapını kəsirdi.
İnsanların qayğıları başlayırdı, evlərdə sobalar qurulurdu. Qış...