Icma.az
close
up
RU
QIŞ: bəyaz xatirələr

QIŞ: bəyaz xatirələr

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Dünyada qlobal iqlim dəyişikliyi baş versə də, fəsillər illər öncəki donunu bir-birinə ərməğan etsələr də, lakin hər bir mövsümün adı çəkiləndə gözlər önundə onun özünəməxsusluğu canlanır. Bir anlığa həmin fəslə qonaq olur, gözəlliklər əhatəsində dünyada biz insanların səhvi ucbatından yerləri dəyişən, zamanından, məkanından uzaqlaşdırılan fəsillərin gerçəyini yaşaya bilirsən.

Artıq həyatımıza qış fəsli daxil olub. Aylardan bəri birgə dünyamızı bölüşdüyümüz payızı yola salıb, qışı qarşılamışıq. Düzdür, bəlli səbəblərdən payız da özünəməxsusluqlarını olduğu kimi göstərə bilmədi. Amma yenə də payız idi, gəldi və getdi. Yayın yaşılını sarıya çevirib, istisini sazağına qatıb “mən payızam” deyə bildi.

Payızın son ayı qışdandır, deyirlər. İllər öncə bu deyimi payızın son ayında-dekabrda, hələ bir qədər də əvvəl-noyabrın ortalarından etibarən görə bilirdik. Hələ qışa bir ay qalmış onun ağ rəngini, təbiəti bəyaza bürüyən donunu görə bilirdik. Qış, necə deyərlər, payızdan qapını kəsirdi. İnsanların qayğıları başlayırdı, evlərdə sobalar qurulurdu.

Qış... Bu mövsüm həyatımıza gələr-gəlməz, gözlər önündə onun ağappaq rəngi canlanır. İndi qar az yağsa da, lakin qışın bir rəngi var, o da bəyazdır. Bu bəyazın fonunda da qışın təəssüratları formalaşır. Odur ki, qış təbiətin bəyaz rənginə çevrilib düşüncələrimizdə. Uşaqlığımızın fəsli olub qış. Bu gün isə xatirələrimizdir. Elə bu gün qışdan, bir az da xatirələrimizdən danışaq...

Təbiətin ağ rəngi...

Bütün fəsillər gözəldir, bəli. Hər birinin də öz rəngi var. Yazımız-yayımız yaşıl, allı-güllü, payızımız sarılı-qızılı rənglərlə könülləri oxşadığı kimi, qış da bəyazı ilə ruhları oxşayır.

Qışın gözəlliyi qardır, hər tərəfin qarla örtülməsi, təbiətin qış yuxusuna dalmasıdır. Müasir dünyamızda iqlim dəyişikliyi səbəbindən bu bəyaz rəngə çox halda həsrət qalsaq da, lakin rayonlarımızda, kəndlərimizdə bu gözəlliklərlə qarşılaşmaq olur hələ də.

Qar yağır, bütün təbiət bəyaz donunu geyinir. Ətrafda hər yer, hər şey ağappaq görüntülərlə ruha bir hüzur, sakitlik bəxş edir. Bu gözəlliklər fonunda isə bir təmizlik var. Sanki dünyanın bütün çirkablarının üstünü örtür qar pərdəsi. Heç olmasa “çox yox, bir-iki ay görsənməyin”,- deyir. Və sanki onu diktə edir ki, kaş ki dünyamız bax beləcə, ağappaq olardı, tər-təmiz, pis əməllərdən kənar olardı. Kaş ki dünyamızda həmişə qış olardı, bəmbəyaz qış...

Təbiətin necə də gözəl mənzərəsidir qış. Ağacların qar donunu görməyən olmayıb yəqin ki... Baxırsan ki, gecədən yağan qar ağacların əyninə gecədən-səhərədək elə bir don biçib ki, necə deyərlər, yüz ölç, bir biç, misalı. Səhər hava işıqlaşınca füsunkar bir mənzərə açılır gözlər önündə: adamlar soyuqdan sanki gizlənmişlər, evlərə çəkilmişlər, onlar öz yerlərini gəzdikləri, oraya-buraya gedib-gəldikləri yollarda, park-xiyabanlarda, həyətlərdə ağaclara vermişlər. Ağaclar sanki çönüb ağac adam olmuşlar, geyimli-kecimli, şallı-yaylıqlı, papaqlı, əlcəkli, köynəkli, ətəkli adamlar. Lakin yerimirlər, dayanıblar. Qışın soyuğunun sükutuna qərq olub, xəyala dalıb bu dünyanın gərdişini fikirləşirlər.

Səhərüzü gündoğandan çox çətinliklə boylanan günəş ətrafa zərrin şüalarını saçdıqca, onun qarla yaratdığı harmoniya qarşısında heyran qalır insan. Bu zaman yer də, göy də bir-birinə sanki bir parlaqlıq ərməğan edir. Hər yer parıldayır, ulduzcuqlar ətrafda rəqs edir. “Bəyaz” adlı simfoniya səslənir uzaqlarda, bu hüzura hüzur qatan, sükutu yaran bir simfoniya..

Axşama doğru bu bəyazlar gündüzkü pambıq yumşaqlığını itirməyə başlayır, günəşin qüruba enməsi ilə qarın da yumşaqlığını alıb ona gecənin sərtliyini bəxş edir. Artıq səhəri gün dünən yağan qarın yumşaqlığından əsər-əlamət qalmır. Onun “xışıltı” nəğməsi başlayır. Səhər-səhər pəncərələr önündən işinin-gücünün ardınca yollanan insanların addımı ilə səslənən bu nəğmə içəridəkiləri yuxudan oyadır...

Budur, qarşında yeni bir qış tablosu var... Hər tərəf bəmbəyaz buzdur. Evlərin daş örtüyündən sallanan buz parçaları, dünən harada necə vardısa, eləcə də donub qalan qar bu gün başqa bir gözəllik mənzərəsinin “müəllifidir”... Hər yer bəmbəyaz, hər tərəf ağappaq... Tək bir rənglə min bir naxış, doyumsuz mənzərələr. İlahinin yaratdığı gözəlliklərdən biri... Budur, təbiətin bəyaz rəngi...

Qışın qarı, yazın barı

Ata-babalarımızın tarixin sınaqlarından, zamanın süzgəcindən süzülüb gələn deyimlərindən biri: qışın qarı, yazın barı... Bəli, qışda qar nə qədər çox yağarsa, yazda su və məhsul bir o qədər bol olar. Buna görə də hələ bineyi-qədimdən ata-babalarımız qışda qarın bol olmasını arzulayıb. Qar çox yağanda, “hə, bu yaz bolluq olacaq”,- deyiblər.

Təəssüf olsun ki, dünyada qlobal iqlim dəyişikliyi ilə əlaqədar olaraq insanlar yağışa-qara həsrət qalıblar. Bu da yaz və yay aylarında quraqlıqla nəticələnir. Qar həm bol su, həm də bitki örtüyünün mühafizəçisidir. Yazlıq-payızlıq əkin sahələrini əgər qışın şaxta-soyuğundan qar örtüyü qoruyub, onu yaza barlı-bəhərli əkin sahəsi kimi təhvil verirsə, bu qar örtüyü həmçinin yazda-yayda su təminatıdır.

Qədim əkinçilik mədəniyyətinə sahib olan xalqımızın bu mədəniyyəti formalaşdıra bilməsi səbəbindən də bu cür deyimlər yaranıb. Və bu deyimlər hər qış gələndə insanların qar yağması, həm də bol yağması arzularının yaranmasına səbəb olub. Son illər qışda lazımi qədər qar yağmaması təbii ki, kənd təsərrüfatı işlərində də problemlər yaradıb. Kənd yerlərində zəhmət adamlarımız var ki, su çatışmazlığı üzündən əkin sahələri məhv olur, bütün zəhməti hədər gedir və ya nəzərdə tutduğu məhsulun heç dörddə bir hissəsini götürə bilmir.

Tək qar yox, yazda, payızda yağışın normal səviyyədə olmaması da təsərrüfat işlərində çətinliklər yaradır. Elə burada hələ bir neçə il öncəyədək yağışın yağması üçün insanların kəndlərdə “müsəlla” deyilən bir dini ayini də yerinə yetirdiklərini xatırlayıram. Kənd camaatı bir yerə toplanır, düzənliklərə, dağlara doğru yollanır, dualar oxuyur, Allahdan yağış yağmasını diləyir. Deyirlər ki, müsəllaya çıxmışıq.

Qışın həyatımızda olduğu bu günlərdə qoy arzumuz bol qar yağması olsun. Qar yağsın ki, bol suyumuz və məhsulumuz olsun, insanların zəhmət nəğməsini dinləyə bilək.

Qış uşaqlığımız, xatirələrimizdir...

Nə qədər fərqlidir o dövrlə bu dövr. Bütün hər şey kimi, qış da, onun əyləncələri də xatirələrə çevrilib. Qış uşaqların ən çox sevdiyi fəsil idi illər öncə. Çünki qış tək fəsil olaraq gəlmirdi, həm də onların oyun yoldaşı kimi həyatlarına qonaq olurdu.

Qar yağırdı, bununla əyləncələr başlanırdı. Xizəklər işə düşürdü, papaqlar, şərflər, əlcəklər, rezin uzunboğaz çəkmələr çıxırdı dolablardan. Elə ki, məktəbdən qayıtdıq, bir tikə çörək yeyər-yeməz düşürdük həyətə, xizəkləri götürüb sürməyə yollanırdıq. Nə yorulmaq, nə üşümək bilirdik. Evdən çağıran, “ay bala, evə gəlin”,- deyən olmasaydı, qətiyyən gəlmək fikrimiz olmazdı. Gecəni də qarın bəyazında oynayardıq...

Qar topu oynayırdıq, bir-birimizi yerə yıxıb qarın içərisində yuyurduq. Əlcəklərimiz, pal-paltarımız, cırılan çəkmələrin içərisində corablarımız tamamilə su olurdu. Bizi evə çağırırdılar. “Ey, niyə qoymursunuz oynayaq”,- deyib könülsüz gedirdik. Gedən kimi də pal-paltarımızı, əlcək-çəkmələrimizi sobanın kənarına düzürdük ki, dərs oxuyana, yemək yeyənədək qurusun ki, yenə qaçaq həyətə.

Yanaqlarımız bu bəyazların içərisində al-əlvan olurdu. Soyuğun təsiri ilə allanırdı üzümüz. O qədər ora-bura qaçırdıq ki, elə bil bədənimizdə soba yanırdı. “Ay bala, siz üşümürsüz, bir evə gəlin” deyiləndə tərin içində onlara cavab verirdik ki, istidən ölürük, üşümək nədir.

Yıxılırdıq, qalxırdıq... Uşaqlarla zarafatımız bəzən dalaşmaqla nəticələnirdi. Ürəyimiz dözmürdü, tez də barışırdıq. Qar yeyirdik, əlimiz çatan yerlərdən buzları qoparıb sorurduq. Xəstələnirdik də. İstiliyimiz qalxırdı, lakin sağalan kimi vaxtı fövtə vermək yox idi. Həmin andaca əyin-başımızı geyinib qaçırdıq bəyazlara doğru.

İndi o bəyazlar bəyaz da xatirələrə çevrilib. Həmin xatirələr o qədər tərtəmiz, ülvidir ki, xatırladıqca insana mənəvi zövq verir. Çünki heç bir qüvvə, təsir o bəyazlığa xələl gətirə bilməmişdi. Bu səbəbdən də qış bizim ən gözəl uşaqlığımız, unudulmaz xatirələrimizdir.

Mətanət Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Dekabr 2024 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see336

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see248

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see214

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see171

Ölümcül xəstəliyin çarəsi

03 Sentyabr 2025 23:31see151

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see143

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see138

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see138

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see136

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see133

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see128

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see126

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see126

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see122

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see121

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see121

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see121

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see116

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see116

“Azərbaycan millisi İslandiya mətbuatının diqqətindədir” VİDEO

04 Sentyabr 2025 21:11see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri