Qış gəzintiləri üçün uyğun içkilər hansılardır? Terapevtdən AÇIQLAMA

28.01.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Terapevt, kardioloq və dietoloq Tatyana Zaletova soyuqda gəzinti üçün uyğun içkiləri açıqlayıb.

Redaktor.az xəbər verir ki, oun sözlərini "Moskva 24" nəşri yayıb.

Həkim qeyd edib ki, qış gəzintisinə zəncəfil əlavə olunmuş içkilər, həmçinin göyrüş (qırmızı qaragilə) və çaytikanı mürəbbəsi götürmək faydalıdır. Bu giləmeyvələr C vitamini ilə zəngin olduğundan soyuqdəymə mövsümündə immuniteti gücləndirir.

Zaletova həmçinin bildirib ki, spesial ədviyyatlarla - darçın, mixək və s. - hazırlanmış qızdırılmış şərab (qlintveyn) orqanizmi yaxşıca isidir.

Dietoloq qış gəzintiləri üçün ideal içki olaraq kakao nu da tövsiyə edib. O vurğulayıb ki, kakao tərkibindəki yağlar və zülallar orqanizmə enerji verir, flavonoidlər isə qan dövranını yaxşılaşdıraraq bədəni isidir.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью