Qış gəzintiləri üçün uyğun içkilər hansılardır? Terapevtdən AÇIQLAMA
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Terapevt, kardioloq və dietoloq Tatyana Zaletova soyuqda gəzinti üçün uyğun içkiləri açıqlayıb.
Redaktor.az xəbər verir ki, oun sözlərini "Moskva 24" nəşri yayıb.
Həkim qeyd edib ki, qış gəzintisinə zəncəfil əlavə olunmuş içkilər, həmçinin göyrüş (qırmızı qaragilə) və çaytikanı mürəbbəsi götürmək faydalıdır. Bu giləmeyvələr C vitamini ilə zəngin olduğundan soyuqdəymə mövsümündə immuniteti gücləndirir.
Zaletova həmçinin bildirib ki, spesial ədviyyatlarla - darçın, mixək və s. - hazırlanmış qızdırılmış şərab (qlintveyn) orqanizmi yaxşıca isidir.
Dietoloq qış gəzintiləri üçün ideal içki olaraq kakao nu da tövsiyə edib. O vurğulayıb ki, kakao tərkibindəki yağlar və zülallar orqanizmə enerji verir, flavonoidlər isə qan dövranını yaxşılaşdıraraq bədəni isidir.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 28 Yanvar 2026 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















