Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad edilməsinin dörd ili tamam olur. Bu tarix, həm də “Kəlbəcər Şəhəri Günü” kimi qeyd edilir.
İşğal altında olmuş ərazilərimizin azad olunma günlərinin xüsusi təqvimlə qeyd edilməsi çox təqdirəlayiqdir.
Bu, möhtəşəm Zəfərimizin, eləcə də şəhidlərimizin əziz xatirəsinin, torpaqlarımızın azadlığı uğrunda vuruşan döyüşçülərimizin qəhrəmanlığının əbədiləşdirilməsi baxımından çox mühümdür”.
Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan tərəfindən işğal edilmişdi.
O zaman hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsizliyi nəticəsində strateji önəmə malik olan Kəlbəcərin müdafiəsi lazımi səviyyədə təşkil olunmamışdı.
İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb.