Icma.az
close
up
RU
Qısa müddət ərzində Kəlbəcər turizm baxımından dünyanın ən cəlbedici məkanlarından birinə çevriləcək

Qısa müddət ərzində Kəlbəcər turizm baxımından dünyanın ən cəlbedici məkanlarından birinə çevriləcək

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad edilməsinin dörd ili tamam olur. Bu tarix, həm də “Kəlbəcər Şəhəri Günü” kimi qeyd edilir. İşğal altında olmuş ərazilərimizin azad olunma günlərinin xüsusi təqvimlə qeyd edilməsi çox təqdirəlayiqdir. Bu, möhtəşəm Zəfərimizin, eləcə də şəhidlərimizin əziz xatirəsinin, torpaqlarımızın azadlığı uğrunda vuruşan döyüşçülərimizin qəhrəmanlığının əbədiləşdirilməsi baxımından çox mühümdür”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan tərəfindən işğal edilmişdi. O zaman hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsizliyi nəticəsində strateji önəmə malik olan Kəlbəcərin müdafiəsi lazımi səviyyədə təşkil olunmamışdı. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğaldan sonra Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu qan tökülmədən Azərbaycana təhvil verilib. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi müəyyən olunub.

Millət vəkilinin sözlərinə görə, 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əsasən, Kəlbəcərin ermənilərdən boşaldılması zamanı erməni vandalizminin əyani şahidi olduq. Kəlbəcərdə qeyri-qanuni məskunlaşmış ermənilər buranı tərk edərkən barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdirdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

Pərvin Kərimzadə qeyd edib ki, hazırda işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir. Bu işlər xalqımızda nə qədər qürur hissi doğursa da, Ermənistana havadarlıq edən xarici qüvvələrin və onların daxilimizdəki əlaltıları olan radikal müxalifəti məyus edir. Radikallar görülən işlərə kölgə salmaq cəhdləri ilə Azərbaycanın düşmənlərinə xidmət etdiklərini nümayiş etdirirlər. Onlar belə cəhdləri həmişəki kimi iflasa məhkumdur.

“Bu gün Azərbaycan dövləti Kəlbəcər rayonunun da bərpası istiqamətində mühüm işlər görür. Prezident İlham Əliyev işğaldan azad edildikdən sonra Kəlbəcərə ilk səfəri zamanı Dövlət Bayrağını ucaldıb, eləcə də bir sıra təməllər atıb, görülən işlərlə tanış olub. Kəlbəcər şəhərinin Baş planının hazırlanması zamanı onun özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələri də araşdırılıb, tətbiq edilə biləcək nümunələrlə bağlı təkliflər verilib. Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaq”,-deyən Pərvin Kərimzadə əlavə edib ki, Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binası inşa edilir. Burada 112 mənzildə, ümumilikdə, 460 nəfərdən çox sakin yaşayacaq. Məhəllədəki məktəbin ətrafında salınacaq yaşıllıq ərazi ictimai məkan funksiyasını yerinə yetirməklə əhalinin asudə vaxtının səmərəli keçirilməsinə xidmət edəcək. Prezident İlham Əliyev bu ilin sentyabrında Kəlbəcərə səfəri zamanı yaşayış məhəlləsinin tikintisi ilə tanış olub. Eləcə də, bir sıra obyektlərin açılışı, o cümlədən “İstisu” mineral su zavodunun açılışı olub.

“Eyni zamanda, Kəlbəcərin füsunkar təbiəti onun böyük turizm potensialına da malik olduğunu göstərir. Hazırda bu istiqamətdə də sürətli işlər gedir. Şübhəsiz ki, qısa müddət ərzində Kəlbəcər turizm baxımından dünyanın ən cəlbedici məkanlarından birinə çevriləcək”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2024 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri