Qisas əməliyyatı bitməyib Kadırovdan Ukraynaya sərt xəbərdarlıq

07.12.2025

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çeçenistan lideri Ramzan Kadırov Rusiyanın Ukraynadakı strateji hədəflərə endirdiyi son iki günlük aviazərbələri ən uzunmüddətli əməliyyat adlandırıb.

Globalinfo.az xəbər verir ki, Kadırov bu barədə Teleqram kanalında məlumat yayıb.

O bildirib ki, “qisas əməliyyatı” hələ başa çatmayıb və Ukrayna artıq Rusiyanın mülki obyektlərinə qarşı törədilən mənasız terror aktlarının əvəzini ağır şəkildə ödəyib.

“Qarşıda daha çox şey var”, – deyə o vurğulayıb.

Çeçenistan lideri əlavə edib ki, Ukrayna tərəfi heç vaxt son iki gündəki kimi kütləvi və davamlı hava zərbələri ilə üzləşməyib. Zərbələr Kiyev, Poltava, Çerniqov, Dnepropetrovsk, Sumi, Xarkov, Zaporojya, Xerson və digər bölgələrdəki hədəflərə endirilib.

Kadırov bildirib ki, hədəflər arasında Kiyevdə və müxtəlif bölgələrdəki xarici muzdluların bazaları olub və müəyyən edilən yerlərdə hazırda yalnız xarabalıqlar qalıb.

Tahir Turan
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью