Qisas əməliyyatı bitməyib Kadırovdan Ukraynaya sərt xəbərdarlıq
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çeçenistan lideri Ramzan Kadırov Rusiyanın Ukraynadakı strateji hədəflərə endirdiyi son iki günlük aviazərbələri ən uzunmüddətli əməliyyat adlandırıb.
Globalinfo.az xəbər verir ki, Kadırov bu barədə Teleqram kanalında məlumat yayıb.
O bildirib ki, “qisas əməliyyatı” hələ başa çatmayıb və Ukrayna artıq Rusiyanın mülki obyektlərinə qarşı törədilən mənasız terror aktlarının əvəzini ağır şəkildə ödəyib.
“Qarşıda daha çox şey var”, – deyə o vurğulayıb.
Çeçenistan lideri əlavə edib ki, Ukrayna tərəfi heç vaxt son iki gündəki kimi kütləvi və davamlı hava zərbələri ilə üzləşməyib. Zərbələr Kiyev, Poltava, Çerniqov, Dnepropetrovsk, Sumi, Xarkov, Zaporojya, Xerson və digər bölgələrdəki hədəflərə endirilib.
Kadırov bildirib ki, hədəflər arasında Kiyevdə və müxtəlif bölgələrdəki xarici muzdluların bazaları olub və müəyyən edilən yerlərdə hazırda yalnız xarabalıqlar qalıb.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 07 Dekabr 2025 23:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















