Qisasçı düşmənlərin qarşısındakı yenilməz xalq 35 illik əbədi dərs | Icma.az
Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan xalqının iradəsinin, sarsılmazlığının simvolu olan 20 yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədərlə yanaşı qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb.
Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olubO müdhiş günün şahidlərindən olan keçmiş döyüşü “Boz Qurd “ batalyonun üzvü, jurnalist Nurəddin Xoca o günü belə xatırlayır:”35 il əvvəl!
Bakını Beyruta çevirə bilməyən ermənilər rus qoşunları ilə hücuma keçdilər.20 yanvarda səhər tezdən (saay 6-7 arası) Göy Məcidə girdik.6 nəfər idik,,Və ilk dəfə mən orda gücsüzlüyümdən ağladım.Düzdür kiçik imkanımızla mübarizə apardıq.Buna mübarizə aparmaq demək olardısa.
Ammaa imperiya ordusun qarşısında silahslz (tapança, qoşalülə, melkaşka və ya 1 avtomat silah sayılırsa) nə edə bilərdik?
Lakin o bəzilərinin dediyi kimi qoyun kimi qəssab qarşısında dayanmadıq.Ölümdürsə , ölüm olsun dedik.
Bacardığımız qədər atəşə atəşlə cavab verdik bu qeyri bərabər savaşda.
Tam oxu
Xəbəri oxu