Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Qisasçı düşmənlərin qarşısındakı yenilməz xalq 35 illik əbədi dərs

Qisasçı düşmənlərin qarşısındakı yenilməz xalq 35 illik əbədi dərs

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan xalqının iradəsinin, sarsılmazlığının simvolu olan 20 yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədərlə yanaşı qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub
O müdhiş günün şahidlərindən olan keçmiş döyüşü “Boz Qurd “ batalyonun üzvü, jurnalist Nurəddin Xoca o günü belə xatırlayır:”35 il əvvəl! Bakını Beyruta çevirə bilməyən ermənilər rus qoşunları ilə hücuma keçdilər.
20 yanvarda səhər tezdən (saay 6-7 arası) Göy Məcidə girdik.6 nəfər idik,,
Və ilk dəfə mən orda gücsüzlüyümdən ağladım.

Düzdür kiçik imkanımızla mübarizə apardıq.Buna mübarizə aparmaq demək olardısa. Ammaa imperiya ordusun qarşısında silahslz (tapança, qoşalülə, melkaşka və ya 1 avtomat silah sayılırsa) nə edə bilərdik? Lakin o bəzilərinin dediyi kimi qoyun kimi qəssab qarşısında dayanmadıq.

Ölümdürsə , ölüm olsun dedik. Bacardığımız qədər atəşə atəşlə cavab verdik bu qeyri bərabər savaşda. Bütün bunlara baxmayaraq qorxmadlq yenə küçələrə çıxdıq, yenə mübarizə apardıq, tutulduq, həbslərə getdik, işgəncələr, əzablar gördük. Amma durmadıq!


20 yanvarda fədakarlıq edən Bakı kəndlərini və onların ağsaqqalarınıda yaddan çıxardmaq namərdlik olardı! O gün, gecə ilə Bakı yollarına düzülmüş milyonlarla qərənfili onlar təşkil edərək gətirmişdilər. Özüdə şəhərdə hərbi vəziyyət ola - ola. Quduz əskərlərin hamıya atəş açdıqları bir zaman.

 Bu həmdə milyonlarla manat pul demək idi və onlar hər şeyə (hətta həyatlarına belə) tüpürərək bunu etdilər. Bakı Kəndlər birliyi, AXC, AXC MK bir gecədə Bakı küçələrini qan rəmzinə çevrilən qərənfillərə bürüdü. Maştağadan rəhmətlik Məşədi Əbdül, Həci Zakir, Nardarandan Hacı Cəbrayıl, Hacı Əlikram (Adları yadımdan çıxan ağsaqqallar məni bağışlasın)Buzovna, Bilgəh və sairə kəndlərdən gül axını Bakıya gəldi.

Bunu heç zaman unutmaq olmaz!!
Adını çəkdiyim və çəkmədiyim əziyyətləri olan bütün ağsaqqalların qarşısında baş əyirəm və ölənlərinə rəhmət, qalanlarına can sağlığı diləyirəm!
Cəmi şəhidlərimizin ruhu şad olsun!"


Siyasi elmlər üzrə fəlsəfə doktoru, araşdırmaçı, dosent Zaur Əliyev isə düşünür ki, 20 yanvar rusların Nadir şahdan qisası idi:”20 yanvar 1990-cı ildə işğalçı Rusiyanın Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın anım günüdür. Rusiyanın Azərbaycana qarşı terror və düşmənçilik siyasətinin kökü Nadir Şaha gedib çıxır. Məhz Şərqin böyük Fatehi Nadir Şah dünyaya ağalıq etmək istəyən Rusiyanın qarşısını kəsmişdir.
70 il ərzində işğalçı dövlətin və millət olan rusların nəinki Azərbaycan torpaqlarına qədəm qoymaq, heç bu tərəfə baxmaq cəsarətləri olmayıb.
Təsadüfdür əlbətdə. Amma məhz 21 yanvar 1732-ci ildə Rəşt müqaviləsinə görə Rusiya Azərbaycan torpaqlarını tərk edib getdilər və Nadir Şahın ölümündən sonra da uzun müddət bu torpaqlara tərəf baxa bilmədilər.


Nadir şahın ölümündən bir müddət keçəndən sonra Bakını işğal etməyə gəlmiş ruslar burada ciddi müqavimət görüblər. Sisianovun da başı burda kəsilib, Bakılılar ruslara ciddi zərbələr vurublar. Bir sözlə Rusiya hər zaman Bakı və Azərbaycanlılardan tarix boyu güclü müqavimət və ağır zərbələr aldıqları döyüşləri görüblər və bunları da əsla unutmayıblar. Tarixin bu hadisələrinin şahidlərindən biri də bu gün Şəhidlər Xiyabanı yerləşən Dağüstü park olub. Bura uzun zaman müxtəlif dinlərin ölülərinin dəfn edildiyi qədim qəbristanlıq ərazisi olub.
8 avqust 1883-cü ildə qəbiristanlıqda cəsədləri anatomizə etmək üçün kiçik kilsə açılmışdı, hara ki, anatomizə olunan bütün dəfn edilmiş meyitləri göndərirdilər. Nəticədə məlum oldu ki, burda dəfn edilənlərin çoxu Rusiyanın işğalçı hücumları nəticəsində məhv edilmiş rus əsgərlərinin meyitləridir.
Əlbətdə Rusiya bunu Azərbaycana, xüsusilə Bakılılara bağışlaya bilmədi və 1918-ci ilin mart hadisələri zamanı silahlandırığı terrorçu ermənilərlə, özlərinin də iştirak etdiyi soyqırım hadisəsindən sonra minlərlə qətl edilmiş dinc bakılıların burda dəfn edilməsinə bilərəkdən şərait yaratdı. Eyni ilin sentyabr ayında Bakı döyüşündə həlak olan Osmanlı dövlətinin türk əsgərlərinin cənazələri qəbiristanlıqda dəfn olunmuşdu. Lakin bu onların qana susamış nifrətlərini sakitləşdirməyə yetmədi.

1930-cu illərin ilk yarısında qəbiristanlıq söküldü və onun yerində Sergey Kirov adına park salındı. Məhz o Kirova ki, əlləri yüzlərlə azərbaycanlı qanına batmış idi.

Düz 1990-cı ilə qədər Rusiya burda dəfn edilən Azərbaycan xalqının məzarları üstündə əyləncələr təşkil etdi. Sovet hakimiyyəti Kirov parkı salınanda daş çatışmazlığı ilə üzləşdiklərindən baş daşlarından da istifadə ediblər.
1990-cı il. Rusiyanın yeni qana susayan əlləri Bakıya uzandı. 19-20 yanvar tarixlərində şəhərə daxil olan işğalçı orduya bir əmr verilmiş idi. Bacardıqca çox azərbaycanlı qətl edin. Nəticədə rus əsgərləri uşaq-böyük bilmədən amansız qətllər törətdilər.

Nəticədə yüzdən çox azərbaycanlı rus terrorunun qurbanı oldular və onların dəfn yeri yenidən Dağüstü park ərazisi seçildi. Burada şəhidlərə məzar qazılan zaman da vaxtilə burda dəfn edilən üç məzar tapdılar. Bu 3 nəfər 1918-ci il Mart soyqırımı zamanı şəhid olanlar idi.

Onlar da adət-ənənəyə uyğun dəfn edildi. Burada eyni zamanda birinci Qarabağ müharibəsi dövründə şəhid olan azərbaycanlılar da dəfn edildilər.
Hazırda Şəhidlər Xiyabanı tarixin bir çox qanlı hadisələrinə şahiddir. Oranı ziyarət edən zaman biz 1918-ci ilin qurbanlarını da, 1990-cı ilin şəhidlərini də yada salırıq.
Bura gedəndə daima xatırlamaq lazımdır. Rusiya və ruslar Azərbaycan dövlətinin və xalqının ən birinci düşmənidir".


İqtisadçı alim Cavid İsmayıl 20 Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə rusya imperiya marağının qarantı olan Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam hesab edir:" 1990-cı ilin 20 yanvarında Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi faciəyə gətirib çıxardı.

1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin qatil rəhbəri Qorbaçov başda olmaqla hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.

Nə yazıq ki, öz xalqına qarşı olan o vaxtkı Azərbaycan rəhbərliyində olan milli satqınlar da onun dəyirmanına su tökdülər.


Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil.

Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi”.
Bəli, 20 yanvar xalqımızın tarixinə Ümummilli Hüzn kimi yazıldı! Amma 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsidir! Məhz bu tarixdə xalqımız böyük bir dönəm keçdi və qəhrəmanlığı yaddaşlara həkk olundu.


Lap 34 yox, 134, 234, 334 il və min illər keçsədə heç nə unudulmur, heç kim yaddan çıxmayacaq!
Əntiqə Rəşid

 (Yazarın arxivi)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://adalet.az
archiveBu xəbər 20 Yanvar 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see248

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see207

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see202

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see185

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see177

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see163

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see155

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see139

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see136

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri