Qitələrarası Kubokun finalının tarixi və yeri açıqlandı

23.10.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Qitələrarası Kubokun finalının tarixi və yeri açıqlandı

FİFA Qitələrarası kubokunun 2026-cı il finalının keçiriləcəyi tarix və stadion müəyyənləşib.

QOL.az xəbər verir ki, həlledici qarşılaşma dekabrın 16-da Qətərin Ər-Rayyan şəhərində yerləşən “Əhməd bin Əli” stadionunda keçiriləcək. Bu barədə PSJ-nin rəsmi saytı məlumat yayıb.

Finalda turnirin son və ötən mövsüm UEFA Çempionlar Liqasının qalibi olan PSJ “Challenger Cup”ın qalibi ilə üz-üzə gələcək.

Həmin mükafat uğrunda Meksikanın “Toluka” və Cənubi Afrikanın “Mamelodi Sandaunz” komandaları mübarizə aparacaq. Turnirin sonuncu iştirakçısı isə 2026-cı il Libertadores Kubokunun qalibi olacaq.

Qeyd edək ki, PSJ 2025-ci ildə keçirilən Qitələrarası kubokun finalında Braziliyanın “Flamenqo” klubunu penaltilər seriyasında məğlub edərək (1:1, penaltilərlə 2:1) titul qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью