Qitələrarası Kubokun finalının tarixi və yeri açıqlandı
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
FİFA Qitələrarası kubokunun 2026-cı il finalının keçiriləcəyi tarix və stadion müəyyənləşib.
QOL.az xəbər verir ki, həlledici qarşılaşma dekabrın 16-da Qətərin Ər-Rayyan şəhərində yerləşən “Əhməd bin Əli” stadionunda keçiriləcək. Bu barədə PSJ-nin rəsmi saytı məlumat yayıb.
Finalda turnirin son və ötən mövsüm UEFA Çempionlar Liqasının qalibi olan PSJ “Challenger Cup”ın qalibi ilə üz-üzə gələcək.
Həmin mükafat uğrunda Meksikanın “Toluka” və Cənubi Afrikanın “Mamelodi Sandaunz” komandaları mübarizə aparacaq. Turnirin sonuncu iştirakçısı isə 2026-cı il Libertadores Kubokunun qalibi olacaq.
Qeyd edək ki, PSJ 2025-ci ildə keçirilən Qitələrarası kubokun finalında Braziliyanın “Flamenqo” klubunu penaltilər seriyasında məğlub edərək (1:1, penaltilərlə 2:1) titul qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 23 Oktyabr 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















