Icma.az, Bakupost portalına istinadən məlumat verir. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2025-ci ilin mart ayında Azərba
2024-cü ilin mart ayına nisbətən qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 6,5 faiz, qeyri-qida məhsullarının qiymətləri 2
Mart ayında əvvəlki ayla müqayisədə inflyasiya 0,6 faiz, ərzaq məhsullarının qiymətləri isə ay ərzində 1,2 faiz artıb.
Fevral ayı ilə müqayisədə mart ayında balıq və balıq məhsulları, süd məhsulları, bitki yağları, meyvə-tərəvəz, qoz-fındıq, qəhvə, su və siqaret bahalaşıb.Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, 2025-ci ildə inflyasiyanın 4,6 faiz səviyyəsində olacağı gözlənilir.
Mərkəzi Bankın yanvar ayı üzrə yenilənmiş proqnozu bu il inflyasiyanın 5,5-6 faiz səviyyəsində olacağını göstərir.Eyni zamanda, beynəlxalq reytinq agentlikləri qiymət artımı ilə bağlı hökumətin gözlədiyinə yaxın və ya ondan da aşağı proqnoz verirlər – S&P Global və Moody's 2025-ci ildə inflyasiya səviyyəsini 4 faiz adlandırıblar.Xatırladaq ki, ötən il ölkədə orta illik inflyasiya 4,9 faiz təşkil edib.Mövzu ilə bağlı Bakupost.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, Azərbaycanda qiymət artımının obyektiv və subyektiv səbəbləri var.
Ərzaq inflyasiyasının rəsmi rəqəmlərdə də artmasını gündəlik həyatımızda hər gün müşahidə edirik.
Hətta gündəlik həyatımızda hiss edilən qiymət artımı rəsmi inflyasiya rəqəmindən daha yüksəkdir.
Rəsmi inflyasiyada bir çox mal və xidmətlərin qiymət dəyişimi nəzərə alınır, lakin əhali təxminən 30 adda gündəlik tələbat məhsullarının alış-verişini daha çox həyata keçirir ki, onların qiymətləri daha çox artır: “Ölkədə qiymət artımının obyektiv səbəbi mövsümlə əlaqədardır.