Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Qiymət artımı və inflyasiya sürətlənir: hansı tədbirlər görülməlidir? ARAŞDIRMA

Qiymət artımı və inflyasiya sürətlənir: hansı tədbirlər görülməlidir? ARAŞDIRMA

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2025-ci ilin mart ayında Azərbaycanda illik inflyasiya 5,9 faizə yüksəlib. 2024-cü ilin mart ayına nisbətən qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 6,5 faiz, qeyri-qida məhsullarının qiymətləri 2,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri isə 7,5 faiz artıb. Mart ayında əvvəlki ayla müqayisədə inflyasiya 0,6 faiz, ərzaq məhsullarının qiymətləri isə ay ərzində 1,2 faiz artıb. Fevral ayı ilə müqayisədə mart ayında balıq və balıq məhsulları, süd məhsulları, bitki yağları, meyvə-tərəvəz, qoz-fındıq, qəhvə, su və siqaret bahalaşıb.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, 2025-ci ildə inflyasiyanın 4,6 faiz səviyyəsində olacağı gözlənilir. Mərkəzi Bankın yanvar ayı üzrə yenilənmiş proqnozu bu il inflyasiyanın 5,5-6 faiz səviyyəsində olacağını göstərir.

Eyni zamanda, beynəlxalq reytinq agentlikləri qiymət artımı ilə bağlı hökumətin gözlədiyinə yaxın və ya ondan da aşağı proqnoz verirlər – S&P Global və Moody's 2025-ci ildə inflyasiya səviyyəsini 4 faiz adlandırıblar.

Xatırladaq ki, ötən il ölkədə orta illik inflyasiya 4,9 faiz təşkil edib.

Mövzu ilə bağlı Bakupost.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, Azərbaycanda qiymət artımının obyektiv və subyektiv səbəbləri var. Ərzaq inflyasiyasının rəsmi rəqəmlərdə də artmasını gündəlik həyatımızda hər gün müşahidə edirik. Hətta gündəlik həyatımızda hiss edilən qiymət artımı rəsmi inflyasiya rəqəmindən daha yüksəkdir. Rəsmi inflyasiyada bir çox mal və xidmətlərin qiymət dəyişimi nəzərə alınır, lakin əhali təxminən 30 adda gündəlik tələbat məhsullarının alış-verişini daha çox həyata keçirir ki, onların qiymətləri daha çox artır:


“Ölkədə qiymət artımının obyektiv səbəbi mövsümlə əlaqədardır. Azərbaycanda həmişə təxminən yanvar ayından başlayaraq may ayına qədər yerli məhsulların bazardan çıxması kənd təsərrüfatı sahəsində əsasən qiymətlərin artımına səbəb olur. Sonrakı dövrdə isə müəyyən sabitləşmə, balanslaşma müşahidə edirik. Bunun subyektiv səbəbi isə idxaldan çox asılı olmağımızdır. Xaricdə baş verən qiymət dəyişiklikləri bizə təsir göstərir. Azərbaycanda istehsalı artıra bilmirik və rəqabətli mühitlə bağlı problemlər çoxdur. Bütün bunlar qiymət artımında rol oynayan əsas amillərdəndir”.

İqtisadçı ekspert Rüfət Quliyev hesab edir ki, Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyata güclü inteqrasiya olunub və buna görə də qlobal iqtisadiyyatda baş verən bütün təlatümlü proseslər ölkə iqtisadiyyatına da təsir edir. Əsasən, inflyasiya və valyuta paritetinə təsir göstərir:

"Qlobal iqtisadiyyatın demək olar ki, 8-9 faiz gerilədiyi pandemiyadan sonra inflyasiya da sürətlənməyə başladı. Üstəlik, Avropanın düz mərkəzində hərbi əməliyyatlar qiymət artımının növbəti mərhələsinə gətirib çıxardı".

İqtisadçı qeyd edib ki, sənaye inflyasiyasını, yəni istehsal vasitələri - dəzgah və avadanlıq istehsal edən sənaye sahələrində qiymət artımını da unutmaq olmaz. Son illər sənaye inflyasiyası 20 faizdən aşağı düşməyib.Yəni maşınların, avadanlıqların, komplektləşdirici hissələrin, ehtiyat hissələrinin qiyməti qalxır və bu, təbii ki, həmin istehsal vasitələrindən istifadəyə başlayandan sonra formalaşan malların qiymətinə təsir göstərir”.

R.Quliyev Trampın dünya bazarlarının və birjalarının 7-12 faiz çökməsinə səbəb olan kifayət qədər sərt siyasətini də xatırladıb. Bu siyasət qlobal iqtisadiyyatı ləngitməyə başlayır və bir çox ölkələrdə tənəzzülə səbəb olur.

Eyni zamanda, ekspert bildirib ki, Azərbaycan hökuməti qiymət artımının hansısa yolla qarşısını almaq üçün addımlar atır. Lakin qəbul edilməlidir ki, inflyasiyanı tam olaraq boğmaq mümkün deyil. Ancaq onu proqnozlaşdırmaq, maliyyə-kredit sistemində müəyyən siyasət aparmaq olar. Amma bazar iqtisadiyyatı şəraitində bunu tam aradan qaldırmaq mümkün deyil:

“Deyə bilərik ki, Azərbaycan üçün ümumilikdə 3-5 faiz illik inflyasiyanın standart göstəricisidir".

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, AMB artıq 2023-cü ilin dekabrından pul-kredit siyasətini kifayət qədər sərtləşdirib və bu səbəbdən depozitlər və kreditlər üzrə faiz dərəcələri az qala 2-3 faiz artıb:

“Ona görə də hesab edirəm ki, tənzimləyici bundan sonra pul siyasətini sərtləşdirməyəcək və inflyasiyaya görə dərəcələri artırmayacaq. Çünki qiymət artımının səbəbi Mərkəzi Bankın pul siyasəti deyil, hökumətin və Tarif Şurasının bir sıra qərarlarıdır. Bu ilin yanvar ayından Tarif Şurası əhali üçün işıq və qazın qiymətini qaldırıb. Ötən ilin ikinci yarısında dizel və benzinin qiymətləri qaldırılıb, sərnişindaşımada gediş haqqı da artırılıb. Bütün bunlar inflyasiyanın artmasına səbəb oldu. Elektrik enerjisi, qaz və avtomobil yanacağına görə tariflərin artırılması kənd təsərrüfatı məhsulları, tikinti materialları və digər malların istehsalının maya dəyərinin artmasına səbəb olub. Eyni zamanda, Tarif Şurasının qiymət artımını davam etdirəcəyini düşünmürəm. Çünki əvvəllər tariflərin artırılması ilə bağlı kifayət qədər sərt addımlar atılıb və bu, dövlət tərəfindən göstərilən demək olar ki, bütün xidmətlərin qiymətini artırıb".

X.Kərimlinin fikrincə, bu il inflyasiyanın artmasının digər səbəbi yanvar ayından minimum əmək haqqının artırılmasıdır ki, bu da sahibkarların xərclərini artırır və onlar mal və xidmətlərin qiymətini qaldırmağa məcbur olurlar. Bundan əlavə, o xatırladıb ki, keçən il orta aylıq əmək haqqı təxminən 8 faiz artıb ki, bu da sahibkarların bir işçiyə düşən xərclərinin 8 faiz artması deməkdir. Eyni zamanda, sahibkarların vergi xərcləri də artır ki, bu da özünü son məhsul və ya xidmətin maya dəyərində göstərir:

“Azərbaycan Mərkəzi Bankının hazırkı məqsədi əhali üçün idxal olunan məhsulların bahalaşmasının qarşısını almaq üçün manatın xarici valyutalara nisbətdə məzənnəsini saxlamaqdır”.

Millət vəkili Vüqar Bayramovun dediyinə görə, bütövlükdə inflyasiya qeydə alınsa da, rəsmi statistika göstərir ki, qiymət artımı proqnozlaşdırılan diapazonda dəyişir:

"İnflyasiya göstəriciləri üçün proqnozlaşdırılan diapazon 4-6 faiz arasıdır. Sözsüz ki, biz 2024-cü il və eləcə də, ötən ilin son ayı ilə müqayisədə inflyasiya səviyyəsində artımı müşahidə edirik. Bunun əsl səbəbi idxal inflyasiyasıdır. Biz yanvar ayında idxal inflyasiyasının qiymət artımına, istehlak bazarına təsirlərini müşahidə etdik. Bu da inflyasiya səviyyəsində özünü göstərdi".

Millət vəkili deyir ki, yanvar ayında bazarda yerli kənd təsərrüfatı məhsullarının payı azaldı. Bu da nəticə etibarilə istehlak bazarında məhsul strukturuna təsir göstərdi. Bunun nəticəsində də biz qiymətlərdə artımları müşahidə edirik:

"2025-ci ildən ölkədə sosial paket icra olunub. Sosial paketin icrasına uyğun olaraq təbii ki, tələbin, istehlakın artması gözlənilir. Amma bu kontekstdə süni qiymət artımlarına qarşı mübarizənin gücləndirilməsinə ehtiyac var ki, istehlak bazarında yeni qiymət artımları müşahidə olunmasın. Birmənalı şəkildə müvafiq dövlət qurumu tərəfindən süni qiymət artımlarına qarşı mübarizə gücləndirilməlidir".

V.Bayramov vurğulayıb ki, regionda qiymət artımı müşahidə olunduğu üçün bu, bizə də təsirsiz ötüşmür:

"İdxalın əvəzlənməsi prosesi intensivləşməlidir, çünki bu proses praktiki olaraq, idxal inflyasiyasının təsirlərinin minimumlaşdırılmasına gətirib çıxara bilər. Hazırda regionda qiymət artımı müşahidə olunur. Bu da idxal vasitəsilə Azərbaycan istehlak bazarında da inflyasiya səviyyəsinə təsir göstərir".

Sevinc,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 17 Aprel 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri