Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son vaxtlar ölkə bazarlarında bir sıra kənd təsərrüfatı məhsullarının qiyməti durmadan bahalaşır.
Bu məhsullar sıranda əhalinin ən çox tələbatı olan kartof və soğan yer alır.
Belə ki, bazarda, markelərdə katofun qiyməti 2 manat, soğanın qiyməti isə 1,70-1,80 qəpik, faraş kartofun qiyməti 3 manat 50 qəpikdir.
Onu da qeyd edək ki, hazırda marketlərdə satışa çıxarılan kartof 2 manata olmasına baxmayaraq, çox keyfiyyətsizdir.
Bəzi ekspertlərin fikrincə, bu gün satışda olan keyfiyyətsiz kartof heyvan yemi üçün nəzərdə tutulub.
Beləliklə, bu gün əhali keyfiyyətsiz və baha qiymətə olan məhsulların ümidinə qalıb. Hazırda bu məhsulların bahalaşmasına səbəb nədir?
İqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, hazırda idxalla bağlı heç bir problem yoxdur, ərtaf ölkələrdə kifayət qədər kartof var və idxal etmək olar: “İndiki mərhələdə, yaz aylarında kartof istehsalçılarının potensialı məlum olmadığına görə kartof idxalçıları idxala bir qədər həssas yanaşırlar.