Icma.az
close
up
RU
Qiyməti günbəgün bahalaşan soğan kartof: “Qadağa qoyulmalıdır”

Qiyməti günbəgün bahalaşan soğan kartof: “Qadağa qoyulmalıdır”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son vaxtlar ölkə bazarlarında bir sıra kənd təsərrüfatı məhsullarının qiyməti durmadan bahalaşır. 

Bu məhsullar sıranda əhalinin ən çox tələbatı olan kartof və soğan yer alır. Belə ki, bazarda, markelərdə katofun qiyməti 2 manat, soğanın qiyməti isə 1,70-1,80 qəpik, faraş kartofun qiyməti 3 manat 50 qəpikdir. Onu da qeyd edək ki, hazırda marketlərdə satışa çıxarılan kartof 2 manata olmasına baxmayaraq, çox keyfiyyətsizdir. Bəzi ekspertlərin fikrincə, bu gün satışda olan keyfiyyətsiz kartof  heyvan yemi üçün nəzərdə tutulub. Beləliklə, bu gün əhali keyfiyyətsiz və baha qiymətə olan məhsulların ümidinə qalıb. 

Hazırda bu məhsulların bahalaşmasına səbəb nədir? 

İqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, hazırda idxalla bağlı heç bir problem yoxdur, ərtaf ölkələrdə kifayət qədər kartof var və idxal etmək olar: 

“İndiki mərhələdə, yaz aylarında kartof istehsalçılarının potensialı məlum olmadığına görə kartof idxalçıları idxala bir qədər həssas yanaşırlar. Yəni onlar xaricdən kütləvi şəkildə kartof idxal etmirlər ki, birdən faraş kartof çıxar, qiymətləri aşağı salar və bunların kartofu üstlərinə gələn maya dəyərindən aşağı satılar. Kartofu kiçik partiyalarla idxal edirlər. Ona görə ölkə bazarlarında kartof qıtlığı yaşanır, tələbatı ödəmir, tələb təklifi üstələdiyi üçün qiymətlər də bahalaşır. O ki qaldı faraş kartofa, onun nübar vaxtıdır, təzə çıxıb. Adətən təzə kartof bazara çıxdıqdan sonra günlər ərzində qiymətinin sürətlə enməsi müahidə olunur. 

Yəqin ki, həftənin sonuna qədər 1 manata qədər düşəcək və ondan sonra kartofun qiyməti 60-70 qəpiyə qədər düşə bilər. Bu, bizim kartof istehsalı məhdud olduğuna görə təbii haldır. Faraş kartof yığılı, bir hissəsi daxuli bazara yönəldilir, bir hissəsi ixrac olunur. Azərbaycanda faraş kartofu saxlamır, anbarlaşdırmırlar. Faraş katofu saxlamaq bir qədər baha başa gəlir. Ona görə də onu saxlamır, dərhal satırlar. Ancaq yayın sonunda yığılan kartof artıq yetişmiş kartofdur. Əsasən şimalda yetişdirilir. Payıza doğru çıxan kartofun istehsal həcmi Azərbaycanda genişlənməlidir ki, fevral-aprel aylarında ölkə daxilində kartof qıtlığı yaşanmasın. Ən azı idxal olsa da, həmin dövrə qədər kartof ehtiyatı qalsa, indiki prosesləri yaşamarıq”. 

O ki qaldı soğana, ekspertin sözlərinə görə, ölkədə yerli tələbat qədər istehsal olunur: 

“Sadəcə olaraq yaz fəslindən başlayaraq soğanın qiyməti düşməyə başlayr. Hazırda payızda əkilən baş soğan artıq bazarlarda görünür. Tezliklə onun da qiymətləri aşağı düşəcək. Soğan tələbata uyğun istehsal edilsə də, dekabr-yanvar aylarında bizim ərtaf bölgələrdə soğana tələbat artır. Ona görə də Azərbaycan fermerləri kütləvi şəkildə soğanı ixrac edirlər. Bu baxımdan da yanvar ayından başlayaraq ölkədə daxili ehtiyatlar tükənir və soğan da idxalın ümidinə qalır. 

Bu dövrdə kartofda olduğu kimi həssas yanaşırlar, az partiyalarla gətirirlər ki, ziyana düşməsinlər. Ona görə də bu məhsulların qiyməti qışın sonu, yazın əvvəlində tənzimlənə bilmir. Əslində bunun da yolları var. Daha çox kartof istehsal edib, anbarlaşdırmaq, soğan istehsalını da həm genişləndirmək, həm də əsasən dekabr-yanvar aylarına kvota tətbiq etmək lazımdır. Hazırda soğan ixracına kvorta tətbiq edirlir. Kvota bütün aylara eynidir. Bizə əsas dekabr-yanvar aylarına lazımdır. Müşahidələr göstərir ki, bu aylarda soğan ixracı digər aylara nisbətən 5-6 dəfə artır. Dekabr-yanvar aylarında soğan ixracına qadağa qoymaq lazımdır”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

 

Açar sözlər: Qiymət soğan kartof bahalaşma Akif Nəsirli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Aprel 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri