Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Sağlam qidalanma körpənin cinsiyyətində mühüm rol oynayır.
Hamiləlikdən ən az 3 ay əvvəl başlayan pəhriz ilə qız və ya oğlan uşaq sahibi olmaq 80% mümkündür.
Ginekologiya və doğuş üzrə mütəxəssis, professor Qazi Yıldırım bu çərçivədə körpə istəyən cütlüklərə mühüm məsləhətlər verib.
Publika.az həmin qidaları təqdim edir: Oğlan istiyənlər üçün qidalanma Şirin: Meyvə və tərəvəz önəmlidir.
Südlü desertlərə üstünlük verilə bilər. Duz: Sağlamlıq riski yoxdursa, bütün qidalar mümkün qədər duzlu istehlak edilməlidir.
İçkilər: Çay, qəhvə, təbii şirə. Süd və pendir: Kərə yağı və südsüz kremlər istehlak edilə bilər.
Ət: İstədiyiniz qədər qırmızı ət və toyuq istehlak edilə bilər. Balıq: Xüsusilə duzlu və qurudulmuş balıq istehlak etmək tövsiyə olunur.
Konservləşdirilmiş sardina, qızılbalıq, ton balığı və skumbriya məsləhətlidir.