Qızıl alanlar, tələsin! Ay sonuna qiymət daha da artacaq REPORTAJ, FOTOLAR | Icma.az
Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məhərrəmlik ayı bitdikdən sonra bir neçə sahədə olduğu kimi, qızıl bazarında da canlanma müşahidə olunur.
Toy, nişan mərasimləri üçün hazırlığa başlayanlar qızıl dükanlarını gəzməyə başlayıblar. Qızılın alışında isə artım davam etməkdədir.
Hazırda ən çox tələbat olan türk qızılının (585 əyar) bir qramının qiyməti 135 manatdır.
Bir neçə qızıl dükanında apardığımız müşahidələr göstərdi ki, qiymət hər nə qədər yüksək olsa da, alıcılar məcburən əllərini cibinə salmalı olurlar.
Alıcılar bildirdilər ki, maddi baxımdan sıxıntı yaransa da, başqa yolu yoxdur, həyatda bir dəfə olan toy üçün hazırlıq görməlidirlər: Alıcı: “Qiymətlər çox bahadır.
Günü-gündən də bahalaşır. Amma nə edək, oktyabrda toyumuz var. Gəlinimizə nişanda ancaq üzük apara bildik.
İndi isə həm toy üçün, həm də gündəlik üçün dəst almaq istəyirəm. Əvvəllər bir dəsti 2000-2500-ə almaq olurdu.
Tam oxu
Xəbəri oxu