Icma.az
close
up
RU
Qızıl alanlar, tələsin! Ay sonuna qiymət daha da artacaq REPORTAJ, FOTOLAR

Qızıl alanlar, tələsin! Ay sonuna qiymət daha da artacaq REPORTAJ, FOTOLAR

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məhərrəmlik ayı bitdikdən sonra bir neçə sahədə olduğu kimi, qızıl bazarında da canlanma müşahidə olunur. Toy, nişan mərasimləri üçün hazırlığa başlayanlar qızıl dükanlarını gəzməyə başlayıblar.

Qızılın alışında isə artım davam etməkdədir. Hazırda ən çox tələbat olan türk qızılının (585 əyar) bir qramının qiyməti 135 manatdır. Bir neçə qızıl dükanında apardığımız müşahidələr göstərdi ki, qiymət hər nə qədər yüksək olsa da, alıcılar məcburən əllərini cibinə salmalı olurlar. Alıcılar bildirdilər ki, maddi baxımdan sıxıntı yaransa da, başqa yolu yoxdur, həyatda bir dəfə olan toy üçün hazırlıq görməlidirlər:

Alıcı: “Qiymətlər çox bahadır. Günü-gündən də bahalaşır. Amma nə edək, oktyabrda toyumuz var. Gəlinimizə nişanda ancaq üzük apara bildik. İndi isə həm toy üçün, həm də gündəlik üçün dəst almaq istəyirəm. Əvvəllər bir dəsti 2000-2500-ə almaq olurdu. Tanış satıcı olanda qiymətdə endirim də edirdilər. İndi isə çox bahadır. 5-6 min manatla istədiklərimizi alsaq, sevinərik”.

Alıcı: “Oğlum üçün nişan aparacağıq. İmkanım ancaq üzük və qolbaq almağa çatır. Eşitdik, ay sonuna qədər qiymətlər artacaq, dedik, tez gələk alaq”.

Satıcılarla da söhbətləşdik:

Satıcı: “Sizdən biraz əvvəl gəlib dedilər ki, maya dəyərini qaldıraq. İndi qızılın qramı 135 manatdır, amma belə getsə, ay sonuna qədər 150 manata qədər qalxacaq. Yəni elə eşitmişik. Müştəri var, indi toy mövsümüdür deyə baxan çoxdur. Alan da var, amma əvvəlki kimi birdəfəyə çox qızıl ala bilmirlər. Kimi ancaq sırğa alır, kimi azçəkili dəst. Toy üçün əsas italyan qızıllarına baxırlar, onun da bir qramının qiyməti 150-160 AZN-dir”.

Satıcı: “Maya dəyərini qaldırmağa məcbur olanda məhsulun qiyməti də qalxır. Məsələn, maya dəyəri 132 manatdırsa, biz satışı 135 manatdan etməliyik. Görünən odur ki, yeni gələn məhsulların qramını 150 manata satmağa məcbur olacağıq”.

Satıcılar həmçinin, bildirdilər ki, hər nə qədər italyan qızılına maraq böyük olsa da, tələbat əsasən rus və türk qızılınadır.

Yeri gəlmişkən, bu gün Azərbaycanda bütün əyarlı qızıl növlərində rekord bahalaşma qeydə alınıb.

Belə ki, hazırda 585 əyarlı qızıl 130-150 AZN, 750 əyarlı qızıl-170–200 AZN, 999.9 əyarlı qızıl (əsasən külçə və sikkələr) 210-220 AZN aralığında satılır.

Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri