Qızıl dollara rəqibdir, yoxsa...? (ŞƏRH) | Icma.az
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq. "Qızıl dolların rəqibinə çevrilə bilməz.
Çünki dollar ödəniş vasitəsi kimi öz tarixi rolunu oynayır". Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
Ekspert hesab edir ki, qızıl öz rolunu yığım vasitəsi kimi saxlayır: "Xüsusən də ABŞ, Avropa öz valyutalarını sanksiyalarda istifadə etdikdən sonra Rusiya, Çin, Braziliya, Hindistan, Türkiyə, hətta Azərbaycanın özü də ehtiyyatlarında qızılın payını artırmağa çalışdılar.
Yəni sabah problemlər olanda bunu dollara, avroya çevirsinlər. Bu konteksdə qızıl dolların rəqibinə çevrilə bilməz".
Xalid Kərimli qeyd edib ki, indiki məqamda keçmişə qayıdış gözlənilmir: "Ümumiyyətlə, valyutalar üzən məzənnə rejiminə keçib.
Təlabat və təklif əsasında müəyyənləşib. Biri alternativ valyuta haqqında düşünürsə, bu, qızıl deyil.
Hardasa deyirlər ki, kriptovalyuta ola bilər, onu da Avropa, ABŞ icazə verəcək, ya yox, çoxlu sullar var.
Çox böyük ehtimalla icazə verməyəcək. Əksinə, tənzimləmədən, sanksiyalardan qaçmaq üçün kriptovalyutaya diqqət çox artır".
Tam oxu
Xəbəri oxu