Icma.az
close
up
RU
Qızıl dollara rəqibdir, yoxsa...? (ŞƏRH)

Qızıl dollara rəqibdir, yoxsa...? (ŞƏRH)

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

"Qızıl dolların rəqibinə çevrilə bilməz. Çünki dollar ödəniş vasitəsi kimi öz tarixi rolunu oynayır".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. 

Ekspert hesab edir ki, qızıl öz rolunu yığım vasitəsi kimi saxlayır:

"Xüsusən də ABŞ, Avropa öz valyutalarını sanksiyalarda istifadə etdikdən sonra Rusiya, Çin, Braziliya, Hindistan, Türkiyə, hətta Azərbaycanın özü də ehtiyyatlarında qızılın payını artırmağa çalışdılar. Yəni sabah problemlər olanda bunu dollara, avroya çevirsinlər. Bu konteksdə qızıl dolların rəqibinə çevrilə bilməz".

Xalid Kərimli qeyd edib ki, indiki məqamda keçmişə qayıdış gözlənilmir:

"Ümumiyyətlə, valyutalar üzən məzənnə rejiminə keçib. Təlabat və təklif əsasında müəyyənləşib. Biri alternativ valyuta haqqında düşünürsə, bu, qızıl deyil. Hardasa deyirlər ki, kriptovalyuta ola bilər, onu da Avropa, ABŞ icazə verəcək, ya yox, çoxlu sullar var. Çox böyük ehtimalla icazə verməyəcək. Əksinə, tənzimləmədən, sanksiyalardan qaçmaq üçün kriptovalyutaya diqqət çox artır". 


Xalid Kərimli pulun bir sıra funksiyalarının olduğunu diqqətə çatdırıb:

"Tədavül, yığım, sərbəst funksiyası və s. yığımda dolların payı, xüsusən də son illərdə qiymətin artması səbəbi də budur. Bu indiki dövrdə deyil, müharibələrdə qızıla olan maraq artır. Müharibə risqi artanda bazarda qızılın qıyməti artır. Ona görə qızıl təhlükəsiz aktiv hesab olunur. Hesab olunur ki, müharibə valyutanın dəyərini aşağı sala bilər. Qızıl daha etibarlıdır deyə qızıla diqqət edirlər".

Xalid Kərimli əlavə edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın elan etdiyi kimi, Rusiya-Ukrayna müharibəsi başa çatsa, Yaxın Şərqdə gərginlik aşağı düşsə, müharibələr zəifləsə, hər şey əvvəlki kimi davam edəcək: 

"Dediyim kimi, müharibələr fonunda təhlükəsiz aktiv kimi qızıla maraq artır. Bu da yığım üçün deyil". 

Qeyd edək ki, "Rosneft"in rəhbəri İqor Seçin Verona Avrasiya İqtisadi Forumunun rəhbəri dünyada dolların əsas rəqibini açıqlayıb. Qızıl yenidən dünya ticarətində dolların əsas rəqibinə çevrilə bilər:

"Dolları sanksiyalar aləti kimi istifadə etmək böyük səhvdir. Alternativlər həmişə olacaq. Dolların əsas rəqibi bəşəriyyətin min illər boyu ödənişlər üçün istifadə etdiyi qızıl olacaq".

Bahar Rüstəmli


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Dekabr 2024 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see287

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see273

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see267

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see260

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see236

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see219

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see213

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see204

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see203

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see195

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see195

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see194

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see189

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see187

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see183

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see177

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see171

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see171

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see171

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri