Qızıl Günbəz in 185 milyard dollarlıq ilk mərhələsinin sınaqları başa çatdı

21.08.2026

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

ABŞ-ın yeni raketdən müdafiə sistemi olan Qızıl Günbəz - Golden Dome üçün kosmik tutucu qurğular hazırlayan şirkətlər əsas sınaqları başa çatdırıblar.

Hurriyyet.Media  Bloomberg-ə istinadən xəbər verir ki, SpaceX, Northrop Grumman və Golden Dome proqramının 185 milyard dollarlıq bir hissəsi olaraq kosmik tutucu qurğular hazırlayan digər şirkətlər ilk əsas sınaqları uğurla başa çatdırıblar.

Bildirilir ki, bu, eksperimental müdafiə texnologiyasının hazırlanmasında ilkin irəliləyişin olduğunu göstərir.

Qeyd olunur ki, bəzi şirkətlər üçün ilkin sınaqlar sensor məlumatlarını tutucu qurğuya ötürmək və kosmik gəmilərinin mühərriklərinin işini nümayiş etdirməkdən ibarət olub.

Golden Dome Layihə Meneceri general Michael Gattlein bildirib ki, şirkətlər hazırda proqramın növbəti mərhələsinə - texnologiyalarının kosmosda işləkliyini nümayiş etdirməyə keçirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью