Qızıl Günbəz in 185 milyard dollarlıq ilk mərhələsinin sınaqları başa çatdı
Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.
ABŞ-ın yeni raketdən müdafiə sistemi olan Qızıl Günbəz - Golden Dome üçün kosmik tutucu qurğular hazırlayan şirkətlər əsas sınaqları başa çatdırıblar.
Hurriyyet.Media Bloomberg-ə istinadən xəbər verir ki, SpaceX, Northrop Grumman və Golden Dome proqramının 185 milyard dollarlıq bir hissəsi olaraq kosmik tutucu qurğular hazırlayan digər şirkətlər ilk əsas sınaqları uğurla başa çatdırıblar.
Bildirilir ki, bu, eksperimental müdafiə texnologiyasının hazırlanmasında ilkin irəliləyişin olduğunu göstərir.
Qeyd olunur ki, bəzi şirkətlər üçün ilkin sınaqlar sensor məlumatlarını tutucu qurğuya ötürmək və kosmik gəmilərinin mühərriklərinin işini nümayiş etdirməkdən ibarət olub.
Golden Dome Layihə Meneceri general Michael Gattlein bildirib ki, şirkətlər hazırda proqramın növbəti mərhələsinə - texnologiyalarının kosmosda işləkliyini nümayiş etdirməyə keçirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 21 Avqust 2026 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















