Qızıl Xaç Komitəsinin açıqlaması fəaliyyəti kimi anlaşılmazdır | Icma.az
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Müşfiq ƏLƏSGƏRLİ,XQ-nin media eksperti Başa vurduğumuz həftə ərzində Azərbaycanda bir neçə beynəlxalq təşkilatla əməkdaşlıq formatına yenidən baxılacağı barədə xəbərlər yayılıb.
Eyni zamanda, Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) də Azərbaycandakı nümayəndəliyini bağlanması üçün bildiriş göndərilib.
Rəsmi məlumatda deyilir ki, bu, beynəlxalq təşkilatlarla əməkdaşlığın dayandırılması demək deyil.
Azərbaycan yerli nümayəndəliklərin fəaliyyətini dayandırsa da, qeyd edilən beynəlxalq təşkilatların regional və baş ofisləri ilə əməkdaşlığı davam etdirəcək.
Bu proses yeni reallıqların yaranması, köhnəlmiş təşkilatlarla əməkdaşlığın effektivliyinin itirməsi ilə izah olunur.
Ərazilərimizin işğaldan azad edilməsi və son illərdə əldə edilən sosial-iqtisadi tərəqqi Azərbaycana imkan verir ki, sosial profilli layihələri ölkənin öz daxili resurs və imkanları hesabına həyata keçirsin.
İndi Azərbaycan özü bir çox ölkələrdə BMT qurumlarının layihələrinə maliyyə donorluğu edir.
Tam oxu
Xəbəri oxu