Icma.az
close
up
RU
Qızıl Xaç Komitəsinin açıqlaması fəaliyyəti kimi anlaşılmazdır

Qızıl Xaç Komitəsinin açıqlaması fəaliyyəti kimi anlaşılmazdır

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

Başa vurduğumuz həftə ərzində Azərbaycanda bir neçə beynəlxalq təşkilatla əməkdaşlıq formatına yenidən baxılacağı barədə xəbərlər yayılıb. Eyni zamanda, Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) də Azərbaycandakı nümayəndəliyini bağlanması üçün bildiriş göndərilib.

Rəsmi məlumatda deyilir ki, bu, beynəlxalq təşkilatlarla əməkdaşlığın dayandırılması demək deyil. Azərbaycan yerli nümayəndəliklərin fəaliyyətini dayandırsa da, qeyd edilən beynəlxalq təşkilatların regional və baş ofisləri ilə əməkdaşlığı davam etdirəcək.

Bu proses yeni reallıqların yaranması, köhnəlmiş təşkilatlarla əməkdaşlığın effektivliyinin itirməsi ilə izah olunur. Ərazilərimizin işğaldan azad edilməsi və son illərdə əldə edilən sosial-iqtisadi tərəqqi Azərbaycana imkan verir ki, sosial profilli layihələri ölkənin öz daxili resurs və imkanları hesabına həyata keçirsin. İndi Azərbaycan özü bir çox ölkələrdə BMT qurumlarının layihələrinə maliyyə donorluğu edir. Bu baxımdan bəzi beynəlxalq təşkilatların, o cümlədən, BMT-nin adı çəkilən strukturlarının Azərbaycanda fəaliyyət göstərməsinə ehtiyac qalmır.

Bununla yanaşı ehtimal etmək olar ki, rəsmi açıqlamalar beynəlxalq qurumların ölkəmiz ərazisində fəaliyyətinə yenidən baxılmasının səbəbləri ilə bağlı heç də bütün nüansları əhatə etmir. Çünki proses geniş əhatəlidir, beynəlxalq QHT və təşkilatlarla yanaşı, transmilli media subyektlərinin fəaliyyətini də əhatə edir. Nəzərə alaq ki, öncəki həftə “Bloomberg”in Azərbaycanda akkreditasiyasının ləğv edilməsi barədə xəbər yayılmışdı. O cümlədən, BBC, “Sputnik” və “Amerikanın səsi” radiosunun Azərbaycandakı redaksiyaları bağlanılmışdı. Yerli bürolar, filiallar, redaksiyalar əvəzinə müxbirlər səviyyəsində təmsilçilik statusu tətbiq edilmişdi.

Bütün bu faktları uzlaşdıranda aydın olur ki, “beynəlxalq” adlandırdığımız qurumların, o cümlədən transmilli media subyektlərinin, beynəlxalq statuslu QHT-lərin, təşkilatların Azərbaycandakı fəaliyyətləri səmərəli deyil. Hökumət bu qeyri-səmərəliliyi aradan qaldırmaq üçün addımlar atır. Bəs, beynəlxalq qurumların Azərbaycandakı fəaliyyəti üzrə narazılıq doğuran hansı amillər var?

Nəzərə almaq lazımdır ki, bu tip qurumların dövlətlər ərazisində fəaliyyətləri qarşılıqlı razılaşmalara və qarşılıqlı faydalılığa əsaslanır. Təssüf ki, ötən dövrdə biz bunun əksini görmüşük. Məsələn, indiyədək Azərbaycanda büro, filial, redaksiya açmağa nail olmuş xarici media subyektləri kritik dönəmlərdə Azərbaycana fayda yox, ziyan verdilər. 2020-ci ildə – II Qarabağ müharibəsi dönəmində, 2023-cü ildə – bir günlük antiterror əməliyyatları zamanında, yaxud, 2024-cü ildə COP29 sammiti Bakıda keçiriləndə həmin büro, filial, redaksiyalar təxribata əl atdılar. Azərbaycanın haqq səsini yaymaq əvəzinə, gerçəkləri dünyaya göstərmək əvəzinə, düşmən ölkənin təbliğat ruporuna çevrildilər. Yəni qarşılıqlı faydalılıq prinsipini unutdular. Biz bu tendensiyanı beynəlxalq QHT-lərin və təşkilatların fəaliyyətində də gördük. Məsələn, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) 2020-ci illərin əvvəllərində Azərbaycana xəbər vermədən Xankəndində ofis açmışdı. Azərbaycanın israrına baxmayaraq, BQXK ofisini hətta 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra da bağlamadı. Beləliklə, Azərbaycana fayda vermək əvəzinə, onun suverenliyini şübhə altına alan addımlar atdı. Amma BQXK-nın qüsurları bununla bitmir. Düzdür, Komitənin ictimaiyyətlə əlaqələr mütəxəssisi Aurelie Lachant media üçün açıqlama verərək, məsələyə aydınlıq gətirməyə çalışıb. Amma onun media üçün açıqlaması da elə BQXK-nın fəaliyyəti kimi anlaşılmazdır. Buna rəğmən, komitənin Azərbaycan əleyhinə yönəlmiş fəaliyyəti barədə çoxsaylı faktlar ortadadır.

2023-cü ildə BQXK Qarabağda həm Azərbaycan qanunlarını, həm də öz prinsiplərini pozdu. Nəzərə almaq lazımdır ki, BQXK-nın əsas missiyası humanitar aksiyaları reallaşdırmaqdır. Bu baxımdan onun üçün hüquqi səlahiyyətlərlə yanaşı, qeyri-rəsmi güzəştlər də tanınıbdır. Yeganə təşkilatlardandır ki, hüquqi statusu bəlli olmayan ərazilərə girişi təmin edilir, konfliktli bölgələrdə əhali ilə canlı təmasına imkan yaradılır. Bu təşkilatın simvollarını daşıyan avtomobillər münaqişə bölgələrində toxunulmaz şəkildə hərəkət edə bilirlərdır.

BQXK üçün müəyyən edilmiş standartlardan biri də budur ki, komitə humanitar aksiyalar çərçivəsindən kənara çıxmamalıdır. Münaqişədə olan tərəflərdən hansısa birinin marağına uyğun mövqe tutmamalıdır. Neytral davranmağı, müstəqilliyini qorumağı bacarmalıdır. Qırmızı Xaç Komitəsi Qarabağdakı fəaliyyəti dövründə bütün bu prinsipləri pozubdur. Azərbaycan Dövlət Sərhəd Xidməti 2023-cü ildə sənədlərlə, faktlarla sübut etdi ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin simvolları altında “Laçın” sərhəd buraxılış məntəqəsindən keçid edən avtomobillər qaçaqmal daşınmasında iştirak edirlər. Onların qaçaqmal formasında daşıdıqları əşyaların humanitar aksiyaya heç bir aidiyyatı yox idi. Əksinə, əhali üçün təhdid yaradan separatçı qüvvələrin təminatına xidmət edirdilər. Ehtimal yaranırdı ki, uzun müddətdir davam edən qaçaqmalçılıq fəaliyyəti zamanı bu təşkilatın vasitəsilə Azərbaycan ərazisinə Ermənistandan silah-sursat daşınıbdır. Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli təmsilçilərinin Ermənistanın təsirinə düşərək Qarabağda qanunazidd əməllərə bulaşmaları, qaçaqmalçılıq prosesinə qatılmaları rəzalət idi. Onlar üçün müəyyənləşdirilmiş “neytrallıq”, “müstəqillik”, “tərəf tutmamaq” prinsiplərinin kobud şəkildə pozulması idi. Belə hərəkətlər 160 il müddətində humanitar missiya ilə çıxış etmiş BQXK-nın imicinə ciddi zərbə vurdu. Ona göstərilmiş etimadı zədələdi. Aşkara çıxan bu və digər faktlar, təbii olaraq, BQXK ilə münasibətləri yenidən nəzərdən keçirməyi zəruri edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Mart 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri