Icma.az, Modern.az portalına istinadən məlumat verir. Dünya bazarında 1 unsiya qızılın qiyməti 2942 dollarına çataraq rekordunu yeniləyib.
2024-cü ildə qiymət 27 faiz artıb və 2025-ci ildə artımın davam edəcəyi proqnozlaşdırılır.
Modern.az-ın məlumatına görə, ekspertlər hesab edir ki, qızılın qiyməti hələ zirvəyə çatmayıb və bu il qiymət daha 11 faiz artacaq.
Ümumiyyətlə, qızılın qiyməti son bir neçə ildə sürətli artımla müşayiət olunur.
2020-2024-cü illər arasında qiymət 1680-2075 dollar arasında dəyişsə də, 2024-cü ildə 2900 dollara qədər bahaşma olub.
Artımın əsas səbəbi geosiyasi gərginliklər, ticarət müharibələri və mərkəzi bankların qızıl ehtiyatlarını artırması göstərilir.
2025-ci ildə qızılın qiymətinin 3000 dollar səviyyəsinə çatacağı uzaqda deyil.
Amerikanın "Citi" və UBS kimi böyük maliyyə şirkətləri qızılın qiymətinə dair 2025-ci il üçün yenilənmiş proqnozlar yayıblar.