Icma.az
close
up
RU
Qızılın qiymətində qorxunc proqnozlar Azərbaycanda 47 faiz BAHALAŞMA

Qızılın qiymətində qorxunc proqnozlar Azərbaycanda 47 faiz BAHALAŞMA

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Dünya bazarında 1 unsiya qızılın qiyməti 2942 dollarına çataraq rekordunu yeniləyib. 2024-cü ildə qiymət 27 faiz artıb və 2025-ci ildə artımın davam edəcəyi proqnozlaşdırılır.

Modern.az-ın məlumatına görə, ekspertlər hesab edir ki, qızılın qiyməti hələ zirvəyə çatmayıb və bu il qiymət daha 11 faiz artacaq.

Ümumiyyətlə, qızılın qiyməti son bir neçə ildə sürətli artımla müşayiət olunur. 2020-2024-cü illər arasında qiymət 1680-2075 dollar arasında dəyişsə də, 2024-cü ildə 2900 dollara qədər bahaşma olub. Artımın əsas səbəbi geosiyasi gərginliklər, ticarət müharibələri və mərkəzi bankların qızıl ehtiyatlarını artırması göstərilir.

2025-ci ildə qızılın qiymətinin 3000 dollar səviyyəsinə çatacağı uzaqda deyil. Amerikanın "Citi" və UBS kimi böyük maliyyə şirkətləri qızılın qiymətinə dair 2025-ci il üçün yenilənmiş proqnozlar yayıblar. "Citigroup" qızılın qiymətinin növbəti 3 ayda 3000 dollar səviyyəsinə yüksələcəyini gözləyir. Şirkət geopolitik qeyri-sabitliyin qiymətləri daha da artıra biləcəyini gözləyir. Şirkətin analitikləri Amerika dollarının güclənməsinin mərkəzi bankları qızıl ehtiyatlarını artırmağa təşviq edəcəyini proqnozlaşdırır.

UBS də 2025-ci il üçün 12 aylıq qızıl proqnozunu 3000 dollar olaraq yeniləyib. UBS-nin analitikləri qızılın qiymətinin artmasının qlobal faiz dərəcələrinin azaldılması və geopolitik gərginliklərlə əlaqəli olduğunu vurğulayıblar. Eyni zamanda, mərkəzi banklar və investorlar tərəfindən qızılın davamlı olaraq alınması da qiymət artımına təkan verir.

2025-ci ildə qızılın qiymətinin artması dünyanın müxtəlif regionlarında baş verən siyasi risklərin təsiri altında ola bilər. Siyasi gərginliklər, investorları qızıla yönləndirərək qiymət artımını gücləndirəcək.

Qızılın qiymətinin artması təkcə investorlar üçün deyil, həm də adi istehlakçılar üçün maraqlı bir hal alıb. Bahalaşma ilə bağlı xəbərlər insanlar tərəfindən həyəcanla qarşılanır. Bəzi insanlar qızılın qiymətinin daha da artacağını gözləyirlər və buna görə də qırıq zinət əşyalarını satmaqda tələsmirlər. Zinyət əşyalarının satışı ilə məşğul olan "House of Kan Estate Jewelers" şirkətinin prezidenti Tobina Kan qızılın qiymətinin 4000, hətta 6000 dollara çatacağını gözləyənlərin də olduğunu qeyd edib. Onun sözlərinə görə, bu artım bir neçə il ərzində baş verə bilər.

Bu gün Azərbaycanda qızılın qiymətləri dinamik şəkildə dəyişir və tələbat və təklifin təsiri altında hər dəqiqə yenilənir. Qızılın qiymətləri əsas ticarət mərkəzlərində (Tokio, London, Nyu-York birjaları) müəyyən edilir və Azərbaycanda qiymətlər manatla göstərilir.

13 fevral Azərbaycanda qızılın ən baha satıldığı gün kimi tarixə düşüb. Dünən 1 qram yüksək əyarlı qızıl 160 manatdan baha satılıb. Son 1 ildə Azərbaycanda qızılın ən yüksək qiyməti 2024-cü ilin bu günündə qeydə alınıb. 14 fevral 2024-cü ildə Azərbaycanda qızılın qramının qiyməti 109 manat olub.

Beləliklə, son 1 ildə Azərbaycanda qızılın qiyməti 47 faiz artıb. Bahalaşma dünya bazarında artım tempini yarıbayarı üstələyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Fevral 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri