Qızılın qramı 170 manat olacaq? | Icma.az
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Trampın əsas ticarət tərəfdaşlarına, Kanada və Meksikadan idxal olunan məhsullara 25 faiz, Çindən idxal edilən məhsullara isə 10 faiz tarif tətbiq etməsi bazarlarda ciddi dalğalanmalara səbəb olub.
Artıq investorlar dollar almağa üstünlük verərək, səhmləri satmağa başlayıblar. Səhmlərin satılması qızıla olan tələbatı artırıb.
Məlumata görə, aprel ayında qızılda kəskin bahalaşma gözlənilir.
Hətta deyilənə görə, Azərbaycanda indi 100 manata olan qızılın 1 qramı 170 manatadək artacaq.
Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlamasında Respublikaçı Alternativ Partiyasının (REAL) sədri, iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hələlik “ticarət müharibələri”nin hansı səviyyədə olacağı dəqiq deyil.
Onun sözlərinə görə, qızılın qiymətinin artması təbiidir: “Tramp həm Kanadaya, həm Meksikaya uyğulanacaq tarifləri bir aylıq təxirə saldı.
Çünki qarşı tərəfdən müəyyən güzəşt addımları ala bildi. Amma hansı səviyyəyə qədər davam edəcəyi bəlli deyil.
Tam oxu
Xəbəri oxu