Icma.az
close
up
RU
Qızılın qramı 170 manat olacaq?

Qızılın qramı 170 manat olacaq?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Trampın əsas ticarət tərəfdaşlarına, Kanada və Meksikadan idxal olunan məhsullara 25 faiz, Çindən idxal edilən məhsullara isə 10 faiz tarif tətbiq etməsi bazarlarda ciddi dalğalanmalara səbəb olub. 

Artıq investorlar dollar almağa üstünlük verərək, səhmləri satmağa başlayıblar.

Səhmlərin satılması qızıla olan tələbatı artırıb. 

Məlumata görə, aprel ayında qızılda kəskin bahalaşma gözlənilir. Hətta deyilənə görə, Azərbaycanda indi 100 manata olan qızılın 1 qramı 170 manatadək artacaq. 

Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlamasında Respublikaçı Alternativ Partiyasının (REAL) sədri, iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hələlik “ticarət müharibələri”nin hansı səviyyədə olacağı dəqiq deyil. Onun sözlərinə görə, qızılın qiymətinin artması təbiidir:

“Tramp həm Kanadaya, həm Meksikaya uyğulanacaq tarifləri bir aylıq təxirə saldı. Çünki qarşı tərəfdən müəyyən güzəşt addımları ala bildi. Amma hansı səviyyəyə qədər davam edəcəyi bəlli deyil. 

Qızılın dəyərinin dünya birjalarında artması təbiidir. Çünki investorlar təlatümlü vəziyyətdə, önünü görə bilməyəndə, güvənli liman kimi qızıldan istifadə edirlər. Bu da qızılın qiymətinin artmasına səbəb olur”. 

Natiq Cəfərli qeyd edib ki, Azərbaycanda qızılın qiyməti dünya birjasından asılıdır:

“Qızılın qiymətinin artması gələcəkdə dünya iqtisadiyyatının hansı istiqamətdə inkişafından asılı olacaq. Əgər ticarət müharibələrini hansısa bir formada yatışdırmaq mümkün olacaqsa, həmçinin müəyyən qarşılıqlı güzəştlər əldə ediləcəksə, bu zaman investorlar yenidən qızılda olan aktivlərini çıxarıb qiymətli kağızlara və daha çox yatırıma yönəldə bilərlər. Azərbaycan qızıla daxildə qiymət qoymur. Dünyada qiymət artdıqca, Azərbaycanda da qızılın qiymətində artım müşahidə olunur”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Fevral 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see348

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see326

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see274

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see271

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see221

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see220

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see209

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see207

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see196

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see195

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see194

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see192

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see186

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see184

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see181

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see177

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see176

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see176

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see175

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri