“Qızımın toyuna o müğənninin sifarişi ilə gəlmədilər” | Icma.az
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müğənni Təranə Qumral "Öz Aramızda" verilişində illərdir davam edən küsülülük mövzularına aydınlıq gətirib və sənət camiəsində yaşanan "oyunlar"dan danışıb.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, 12 il əvvəl qızının toyuna bəzi tanınmış həmkarları xüsusi sifariş əsasında gəlməyiblər: "İkinci qızımıza toy edəndə bir neçə xanım və bəzi kişi müğənniləri dəvət etmişdim.
Gördüm ki, gəlmədilər. Səbəbini soruşanda dedilər ki, filan müğənni söyləyib: 'Təranənin qızının toyuna getsən, səninlə işim bitdi'.
Siz gəlmədiniz, mənim qızım xoşbəxt olmadı? Maşallah, iki oğlu, gözəl ailəsi var".
Təranə Qumral həmin dövrdə yaşananlara görə heç kimə kin saxlamadığını vurğulayıb: "O müğənni mənim üçün maraqlı deyil.
Heç kimi düşmən bilmirəm, qəlbimə salmıram. Kim nə düşünürsə, özü bilər.
Mən özümü saf, təmiz saxlayıram, qurdlu, eybəcər insanları ora salmıram".
Tam oxu
Xəbəri oxu