“Qızımın toyuna o müğənninin sifarişi ilə gəlmədilər”
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müğənni Təranə Qumral "Öz Aramızda" verilişində illərdir davam edən küsülülük mövzularına aydınlıq gətirib və sənət camiəsində yaşanan "oyunlar"dan danışıb.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, 12 il əvvəl qızının toyuna bəzi tanınmış həmkarları xüsusi sifariş əsasında gəlməyiblər:
"İkinci qızımıza toy edəndə bir neçə xanım və bəzi kişi müğənniləri dəvət etmişdim. Gördüm ki, gəlmədilər. Səbəbini soruşanda dedilər ki, filan müğənni söyləyib: 'Təranənin qızının toyuna getsən, səninlə işim bitdi'. Siz gəlmədiniz, mənim qızım xoşbəxt olmadı? Maşallah, iki oğlu, gözəl ailəsi var".
Təranə Qumral həmin dövrdə yaşananlara görə heç kimə kin saxlamadığını vurğulayıb:
"O müğənni mənim üçün maraqlı deyil. Heç kimi düşmən bilmirəm, qəlbimə salmıram. Kim nə düşünürsə, özü bilər. Mən özümü saf, təmiz saxlayıram, qurdlu, eybəcər insanları ora salmıram".
Sənətçi əlavə edib ki, illər əvvəl toya gəlməyən insanların bu gün dəvət edilsələr, gələcəklər:
"O zaman toya gəlməyənlərin düşüncələri başqa idi, bu gün çağırsam, hamısı gələcək. Bu camiədə yaltaqlıq çoxdur".
Müğənninin bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Musa
Milli.Az
Baxış sayı:24
Bu xəbər 06 Dekabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















