Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızı Mövlanənin toy mərasimindən yayılan görüntülər sosial media platformalarında müzakirələrə səbəb olub.
Mövlanənin toy günü mediaya verdiyi açıqlama zamanı "Fəriddən tələb edirəm və arzumdur" fikri, eyni zamanda sosial şəbəkə platformalarında yayılan videoları birmənalı qarşılanmayıb.
Bir sıra istifadəçilər onun səsləndirdiyi fikirləri və sərbəst davranışlarını tənqid edib.
"Unikal" "news24.az"a istinadən xəbər verir ki, müzakirələr fonunda Mövlanənin anası, Əməkdar artist Fərqanə Qasımova mövzuya münasibət bildirib.
O, açıqlamasında yaranan müzakirələri ciddi hesab etmədiyini vurğulayıb.
Fərqanə Qasımovanın sözlərinə görə, Azərbaycan cəmiyyətində həm müsbət, həm də təəssüf doğuran yanaşmalar mövcuddur: “Cəmiyyətimizdə gözəl xüsusiyyətlərlə yanaşı, təəssüf doğuran məqamlar da var.
Ya yıxılanı qaldırırlar, ya da çox qabağa gedəni geri çəkməyə çalışırlar. Buna görə də bu məsələyə reaksiya vermək istəmədim.