Qızının dedikləri ilə bağlı Fərqanə Qasımovadan açıqlama VİDEO
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızı Mövlanənin toy mərasimindən yayılan görüntülər sosial media platformalarında müzakirələrə səbəb olub. Mövlanənin toy günü mediaya verdiyi açıqlama zamanı "Fəriddən tələb edirəm və arzumdur" fikri, eyni zamanda sosial şəbəkə platformalarında yayılan videoları birmənalı qarşılanmayıb. Bir sıra istifadəçilər onun səsləndirdiyi fikirləri və sərbəst davranışlarını tənqid edib.
"Unikal" "news24.az"a istinadən xəbər verir ki, müzakirələr fonunda Mövlanənin anası, Əməkdar artist Fərqanə Qasımova mövzuya münasibət bildirib. O, açıqlamasında yaranan müzakirələri ciddi hesab etmədiyini vurğulayıb.
Fərqanə Qasımovanın sözlərinə görə, Azərbaycan cəmiyyətində həm müsbət, həm də təəssüf doğuran yanaşmalar mövcuddur:
“Cəmiyyətimizdə gözəl xüsusiyyətlərlə yanaşı, təəssüf doğuran məqamlar da var. Ya yıxılanı qaldırırlar, ya da çox qabağa gedəni geri çəkməyə çalışırlar. Buna görə də bu məsələyə reaksiya vermək istəmədim. Mənə elə gəlir ki, gözəl baxmaq və gözəl düşünmək gözəl qəlbdən irəli gəlir. Kimin qəlbi gözəldirsə, hər şeyi də gözəl görəcək. Mən burada hər şeyi gözəl gördüm”.
Əməkdar artist bildirib ki, onun üçün ən vacib məsələ övladının xoşbəxtliyidir:
“Qızıma yalnız xoşbəxtlik arzulayıram. O, hər şeyi yaxşı bilən, ağıllı bir insandır. Mən həmişə ona dəstək olmuşam və bundan sonra da olacağam. Mən millətimin hansına söz deyə bilərəm ki? Bir tərəfdən mənə, digər tərəfdən Alim müəllimə daş atırlar. Halbuki ailəmizi sevən insanların sayı çoxdur”.
Əməkdar artist əlavə edib ki, sosial şəbəkədə mənfi fikirlər yazanlar daha çox aqressiyalarını nümayiş etdirirlər: “Alim müəllimin çox gözəl tərbiyəsi var, o susmaqla öz mövqeyini bildirir. Mən də eyni mövqedəyəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 21 Yanvar 2026 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















