Konkret.az saytına istinadən Icma.az xəbər verir. Xəzər Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Alim Məl
KONKRET.az xəbər verir ki, hakim Toğrul Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin Qərarının 5.1-ci bəndinə əsasən təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib.
Alim Məlikovun barəsində seçilmiş barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilib.
İttiham aktına əsasən, Alim Məlikov zərərçəkmiş Lalə Məlikovanın (adı, soyadı şərtidir) sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirib.
Belə ki, təqsirləndirilən şəxs 26 iyul 2025-ci il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən nömrəsiz fərdi evdə olarkən qızının mobil telefonuna gələn zənglə bağlı arvadı, zərərçəkmiş şəxslə aralarında mübahisə yaranıb.
Zəng edən şəxsin Pənah (şərti) adlı kişi olduğunu eşidən və sərxoş vəziyyətdə olan təqsirləndirilən şəxs əsəbiləşərək mobil telefonu qızının əlindən alıb, zəng etdiyi nömrədən kişi və qadın səsləri eşitdikdən sonra ailədaxili münasibətlər zəminində qısqanclıq səbəbi ilə mübahisə daha da gərginləşib.
Mübahisə zamanı Alim qəsdən mobil telefonu ataraq arvadının alın nahiyəsinə vurub. Nəticədə Lalənin alın nahiyəsində hematoma əmələ gəlib.