Qızının telefonuna gələn zəngə görə arvadını döydü KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
Xəzər Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Alim Məlikovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
KONKRET.az xəbər verir ki, hakim Toğrul Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin Qərarının 5.1-ci bəndinə əsasən təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib. Alim Məlikovun barəsində seçilmiş barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilib.
İttiham aktına əsasən, Alim Məlikov zərərçəkmiş Lalə Məlikovanın (adı, soyadı şərtidir) sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirib.
Belə ki, təqsirləndirilən şəxs 26 iyul 2025-ci il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən nömrəsiz fərdi evdə olarkən qızının mobil telefonuna gələn zənglə bağlı arvadı, zərərçəkmiş şəxslə aralarında mübahisə yaranıb. Zəng edən şəxsin Pənah (şərti) adlı kişi olduğunu eşidən və sərxoş vəziyyətdə olan təqsirləndirilən şəxs əsəbiləşərək mobil telefonu qızının əlindən alıb, zəng etdiyi nömrədən kişi və qadın səsləri eşitdikdən sonra ailədaxili münasibətlər zəminində qısqanclıq səbəbi ilə mübahisə daha da gərginləşib.
Mübahisə zamanı Alim qəsdən mobil telefonu ataraq arvadının alın nahiyəsinə vurub. Nəticədə Lalənin alın nahiyəsində hematoma əmələ gəlib. Daha sonra zərərçəkmiş şəxs evdən çıxaraq qaçmağa çalışsa da, təqsirləndirilən şəxs onu evin qaranlıq həyətində yaxalayaraq yerə yıxıb, qol nahiyələrindən yumruq və təpik zərbələri endirib. Nəticədə zərərçəkmiş şəxsin sol bazusu və sol saidində qançırlar yaranıb.
Bundan sonra Alim həyət ərazisində olan dəmir turba ilə qadının çanaq və bud nahiyələrinə bir neçə dəfə qəsdən zərbə endirərək ona xəsarət yetirib. Qeyd olunan xəsarətlər Lalənin sağlamlığının qısa müddətə pozulmasına səbəb olub və yüngül dərəcəli sağlamlığa zərər vurma kimi qiymətləndirilib.
Məhkəmə iclasında Alim Məlikov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin Qərarına əsasən, barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdi.
(pravda.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 21 Yanvar 2026 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















