Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, qızılın qiymətinin yüksəlməsinin əsas səbəbi qeyri-müəyyən geopolitik gərginliklərdir.
Xalid Kərimli
“Hazırda Bakı vaxtı ilə 22 yanvar saat 15:03-ə olan məlumata görə, bazarda qızılın qiyməti 4 831 dollar təşkil edib. Qiymətin yüksəlməsinin əsas səbəbi qeyri-müəyyən geopolitik gərginliklərdir: gərginlik artanda qiymət qalxır, yumşaldıqda isə enir. Məsələn, ABŞ prezidentinin Qrenlandiyanı almaq istəyi belə bir qeyri-müəyyənlik yaradır və bu, ciddi surətdə marketə təsir göstərir. Ümumiyyətlə, qızılın əsas drayveri geopolitik gərginliklərdir. Bu gün qızılın bir az düşməsinin səbəbi məsələn, ABŞ prezidenti Donald Trump əvvəlcə Avropaya 10% vergi tətbiq edəcəyini bildirmişdi, amma Davosda tariflərin tətbiq olunmayacağını açıqladı. Bu açıqlama bazarda müvəqqəti enişə səbəb oldu.
Son həftənin əsas səbəbi Avropa-Amerika münasibətlərindəki gərginlik idi. Avropanın ABŞ-a əsgər göndərməsi ilə bağlı müzakirələr bazarlarda qeyri-müəyyənlik yaratmışdı.
Ondan sonrakı artımın öz səbəbləri var. Bu, əsasən geopolitik gərginliklərdən qaynaqlanır: dövlətlərin bir-birinə sanksiya tətbiq etməsi, ticari vergilər və rüsumların tətbiqi, dünyada baş verən müharibələr və qarşıdurmalar qiyməti yüksəldir.
Bundan başqa, ABŞ-da inflyasiyanın zəifləməsi və Federal Ehtiyat Sistemi (FED) -in faiz dərəcələrini aşağı salması da təsir göstərir.
Qızıl müəyyən qədər sənayedə istifadə olunsa da, qiymətinin qalxması səbəb deyil, nəticədir. Əsl səbəb ölkələrarası gərginliklər və qeyri-müəyyənliklərdir ki, dünya iqtisadiyyatına mənfi təsir göstərir. Bu təsirin nəticəsində qızıl bahalaşır. Əslində qızıl əsasən yığım vasitəsidir”-deyə Xalid Kərimli qeyd edib.
Günel Həsənova, Bizimyol.info