Icma.az
close
up
RU
“Qlobal gərginlik və qeyri müəyyənliklərə görə qızıl bahalaşır, bu da dünya iqtisadiyyatına mənfi təsir göstərir”

“Qlobal gərginlik və qeyri müəyyənliklərə görə qızıl bahalaşır, bu da dünya iqtisadiyyatına mənfi təsir göstərir”

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Comex birjasında 2026-cı ilin fevral çatdırılmalı qızıl füçerslərinin qiyməti 4 700 dolları aşaraq tarixi maksimuma çatıb. 2026-cı ilin fevral ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 4 700 dolları ötərək, tarixi maksimumu yeniləyib. Məlumata görə, qızılın qiyməti Bakı vaxtı ilə saat 08:49-da 2.29% artaraq, bir trua unsiyasına görə 4 700.6 dollar təşkil edib.Qızılın qiymətinin 4 700 dollara qədər yüksəlməsinin əsas səbəbləri nələrdir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, qızılın qiymətinin yüksəlməsinin əsas səbəbi qeyri-müəyyən geopolitik gərginliklərdir.

Xalid Kərimli

“Hazırda Bakı vaxtı ilə 22 yanvar saat 15:03-ə olan məlumata görə, bazarda qızılın qiyməti 4 831 dollar təşkil edib. Qiymətin yüksəlməsinin əsas səbəbi qeyri-müəyyən geopolitik gərginliklərdir: gərginlik artanda qiymət qalxır, yumşaldıqda isə enir. Məsələn, ABŞ prezidentinin Qrenlandiyanı almaq istəyi belə bir qeyri-müəyyənlik yaradır və bu, ciddi surətdə marketə təsir göstərir. Ümumiyyətlə, qızılın əsas drayveri geopolitik gərginliklərdir. Bu gün qızılın bir az düşməsinin səbəbi məsələn, ABŞ prezidenti Donald Trump əvvəlcə Avropaya 10% vergi tətbiq edəcəyini bildirmişdi, amma Davosda tariflərin tətbiq olunmayacağını açıqladı. Bu açıqlama bazarda müvəqqəti enişə səbəb oldu.

Son həftənin əsas səbəbi Avropa-Amerika münasibətlərindəki gərginlik idi. Avropanın ABŞ-a əsgər göndərməsi ilə bağlı müzakirələr bazarlarda qeyri-müəyyənlik yaratmışdı.

Ondan sonrakı artımın öz səbəbləri var. Bu, əsasən geopolitik gərginliklərdən qaynaqlanır: dövlətlərin bir-birinə sanksiya tətbiq etməsi, ticari vergilər və rüsumların tətbiqi, dünyada baş verən müharibələr və qarşıdurmalar qiyməti yüksəldir.

Bundan başqa, ABŞ-da inflyasiyanın zəifləməsi və Federal Ehtiyat Sistemi (FED) -in faiz dərəcələrini aşağı salması da təsir göstərir.

Qızıl müəyyən qədər sənayedə istifadə olunsa da, qiymətinin qalxması səbəb deyil, nəticədir. Əsl səbəb ölkələrarası gərginliklər və qeyri-müəyyənliklərdir ki, dünya iqtisadiyyatına mənfi təsir göstərir. Bu təsirin nəticəsində qızıl bahalaşır. Əslində qızıl əsasən yığım vasitəsidir”-deyə Xalid Kərimli qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 23 Yanvar 2026 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri