QLOBAL GÜCLƏR ARASINDA ÖLÜM DİRİM SAVAŞI BAŞLAYIR Çin niyə indi ən güclü silahından istifa…
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünyanın siyasi gündəmini hazırda məşğul edən İsrail-Qəzza, Əfqanıstan-Pakistan, Rusiya-Ukrayna müharibələri ilə müqayisədə ABŞ ilə Çin arasındakı ticarət davası qlobal baxımdan daha böyük əhəmiyyət daşıyır.
Əvvəla, Çindən gələn xəbərlərə görə, Çin Kommunist Partiyasının nüfuzlu nümayənədələri Si Cin Pinin avtoritarlığına qarşı çıxaraq, köhnə qaydalara uyğun olan kollegial idarəçiliyə qayıtmağı tələb edirlər.
Çinin qlobal hegemonluğa iddia etməsi fonunda bu məlumatın dezinformasiya olması ehtimalı da var.
Ola bilər ki, Çin özünü zəif və daxili çəkişmələr burulğanında çabalayan ölkə kimi göstərərək əsl məqsədini gizlətməyə çalışır.Amma digər tərəfədən, Çin artıq beynəlxalq arenada açıq oynamağın və öz qlobal rəqibi ABŞ-yə qarşı ən güclü təsir vasitəsindən istifadə etməyin vaxtının gəlib çatdığını düşünür.
Bildiyimiz kimi, Çin nadir torpaq metallarının, maqnitlərın, onların hasilatı və emal edilməsi üzrə texnologiyanın ixrac qaydalarını sərtləşdirib və nəticədə ABŞ ilə Çin arasında gedən ticarət müharibəsi şiddətlənməyə başlayıb.
Çin Ticarət nazirliyi bildirib ki, milli təhlükəsizliiyin təmini ilə əlaqədar 1 dekabr tarixindən nadir torpaq metalları və bu sahə üzrə texnologiyların ixracı xüsusi icazə və lisenziya iilə mümükn olacaq.
Amma humanitar məqsədlər üçün istifadə edilən təchizat materillarının ixracına lisenziya tələb edilməyəcək.
Tam oxu
Xəbəri oxu