Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

QLOBAL GÜCLƏR ARASINDA ÖLÜM DİRİM SAVAŞI BAŞLAYIR Çin niyə indi ən güclü silahından istifafə etməyə qərar verdi?

QLOBAL GÜCLƏR ARASINDA ÖLÜM DİRİM SAVAŞI BAŞLAYIR Çin niyə indi ən güclü silahından istifafə etməyə qərar verdi?

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünyanın siyasi gündəmini hazırda məşğul edən İsrail-Qəzza, Əfqanıstan-Pakistan, Rusiya-Ukrayna müharibələri ilə müqayisədə ABŞ ilə Çin arasındakı ticarət davası qlobal baxımdan daha böyük əhəmiyyət daşıyır.

Əvvəla, Çindən gələn xəbərlərə görə, Çin Kommunist Partiyasının nüfuzlu nümayənədələri Si Cin Pinin avtoritarlığına qarşı çıxaraq, köhnə qaydalara uyğun olan kollegial idarəçiliyə qayıtmağı tələb edirlər. Çinin qlobal hegemonluğa iddia etməsi fonunda bu məlumatın dezinformasiya olması ehtimalı da var. Ola bilər ki, Çin özünü zəif və daxili çəkişmələr burulğanında çabalayan ölkə kimi göstərərək əsl məqsədini gizlətməyə çalışır.

Amma digər tərəfədən, Çin artıq beynəlxalq arenada açıq oynamağın və öz qlobal rəqibi ABŞ-yə qarşı ən güclü təsir vasitəsindən istifadə etməyin vaxtının gəlib çatdığını düşünür. Bildiyimiz kimi, Çin nadir torpaq metallarının, maqnitlərın, onların hasilatı və emal edilməsi üzrə texnologiyanın ixrac qaydalarını sərtləşdirib və nəticədə ABŞ ilə Çin arasında gedən ticarət müharibəsi şiddətlənməyə başlayıb.


Çin Ticarət nazirliyi bildirib ki, milli təhlükəsizliiyin təmini ilə əlaqədar 1 dekabr tarixindən nadir torpaq metalları və bu sahə üzrə texnologiyların ixracı xüsusi icazə və lisenziya iilə mümükn olacaq. Amma humanitar məqsədlər üçün istifadə edilən təchizat materillarının ixracına lisenziya tələb edilməyəcək.

Çin bəyan edib ki, bu məhsulların üçüncü ölkələrə satılması onun icazəsi olmadan həyata keçirilə bilməz. Beləliklə, Pekinin qərarı birbaşa ABŞ-yə yönəlməyib və qlobal xarakterlidir. Lakin bəllidir ki, Çinin bu qərarı ilk növbədə daha böyük ziyanı ABŞ-yə vuracaq.

ABŞ Prezidenti Donald Tramp isə bunun əvəzində Çin mallarına qarşı 100 faiz gömrük rüsumu tətbiq edib və bu,1 noyabr tarixindən qüvvəyə minəcək.

ABŞ ilə Çin arasındakı ticarətdə ciddi balans pozğunluğu var. 2024-cü ildə ABŞ Çindən 440 milyard dollar həcmində məhsul alıb, əvəzində isə 145 milyard dollar dəyərində məhsul ixrac edib.

Dünyadakı emal olunmuş nadir torpaq metallarının və maqnitlərinin istehsalının 61 faizi, sənaye emalının isə 90 faizi Çinin payına düşür və bu ehtiyatın miqdarı 750.000 tondur. Bu metallarsız müasir texnoloji məhsulların istehsalı mümkünsüzdür. Onlar smartfonlardan, elektromobillərdən, aviasiya mühərriklərindən tutmuş, dronlara qədər bütün sahələrdə istifadə edilir.


Əgər yaxın keçmişə baxsaq, görərik ki, Çinin bu sahədə qlobal inhisarçıya çevrilməsinin əsas səbəbkarı elə ABŞ-dır. 1990-cı ilin axırlarına kimi ABŞ bu metallara olan tələbatını öz daxili mənbələri hesabına ödəyirdi. Texnologiyanın inkişafı ilə paralael nadir torpaq metallarına olan ehtiyac da artmağa başladı. ABŞ isə daha ucuz filiz almaq üçün Çindən idxalın sərfəli olduğunu görüb, öz istehsalını kəskin azaltdı və bunu ətraf mühitə zərər vermək istəməməsi ilə izah etdi.

Hazırda ABŞ Kaliforniya ştatında yerləşən Mountain Pass mədənində əsasən yüngül nadir torpaq elementləri istehsal edir və həmin filizləri emal etmək üçün Çinə yollayır. Məsələn, 2024-cü ildə emal üçün ABŞ Çinə 45 min ton bu cür filiz yollayıb.


2023-cü ilin məlumatına görə, nadir torpaq metallarının və məmulatlarının ən böyük idxalçısı ABŞ olub. Həmin il Çin bu məhsullardan 117 milyon dollarlıq ixrac edib və bunun 23 milyon dolları ABŞ-nin payına düşüb. ABŞ geologiya xidmətinin məlumatına əsasən 2020-2023-cü illər arasında ABŞ idxal etdiyi nadir metalların 70 faizini Çindən alıb. Bununla yanaşı, ABŞ Rusiya və Yaponiyadan da nadir torpaq metalları idxal edib.


Yaranmış mürəkkəb vəziyyətdən və Çindən asılılıqdan qurtulmaq üçün Pentaqon 1 milyard dollar dəyərində nadir torpaq metalları almaq niyyətindədir. ABŞ hökuməti təkcə nadir torpaq mettaları deyil, həm də müasir texnologiyanın müxtəlif sahələrində istifadə edilən digər elementlərin ehtiyatını artırmaq qərarına gəlib. Bunun üçün onlar 500 milyon dollarlıq kobalt, 245 milyon dollarlıq stibium,100 milyon dollarlıq tantal və 45 milyon dollarlıq skandium alınmasını planlayırlar.

ABŞ Müdafiə Təchizatı Agentliyinin ehtiyatı 2023-cü ilə kimi 1,3 milyard dollar dəyərləndirilir. Sözügedən bu ehtiyatdan yalnız milli təhlükəsizliyə təhdid zamanı istifadə edilə bilər. Trampın iyul ayında imzaladığı qanunda müdafiə ehtiyatlarının artırılması nəzərdə tutulur və bunun üçün 7,5 milyard dollar ayrılıb.

Adının bu cür səslənməsinə baxmayaraq, nadir torpaq elementləri heç də çətin tapılmırlar və dünyanın bir çox yerində kifayət miqdardadır. Məsələ ondadır ki, onların emalı prosesi əsasən Çində həyata keçirilir və bunun da başlıca səbəbi ABŞ, Avropa və Avstraliyanın emal prosesində ətraf mühiti, torpağın dərin qatlarını və su resurslarını çirkləndirmək istəməmələrindən irəli gəlir. Çin isə belə şeylərə məhəl qoymadan bu sahədə inhisarçı olmağı qarşıya məqsəd qoyub.

Çoğrafi baxımından öz yayılma arealına görə nadir torpaq metalları Avstraliya, Braziliya, Qrenlandiya və Kandada çoxluq təşkil edir. Bunlarla yanaşı, Balkanlarda və Skandinaviyada da böyük yataqlar var. Serbiyada hakimiyyət Jadar mədənini işlətməyə çalışsa da, həmişə ətraf mühitin mühafizəsi ilə bağlı geniş etirazlarla üzləşib.


Çox ehtimal ki, dünyanın aparıcı texnoloji imkanlara malik dövlətləri Çinin inhisarından qurtulmağa çalışacaqlar. Əslində, bu məsələ ilə bağlı bəzi ölkələr hələ Çinin məlum bəyanatından öncə də müəyyən tədbirlər görmək qərarına gəliblər. Hazırda Fransada, Avstraliyada və ABŞ-də nadir torpaq metalları istehsal edən zavodların və emal müəssislərinin tiklməsi prosesi gedir. Lakin Qərb ölkələrinin illər ərzində bu işdən kənara çəkilmələri və Çinin inhisarçıya çevrilməsinə göz yummaları, özüylə bərabər onların qlobal strateji mövqelərinin sarsılmasına gətirib çıxara bilər. Həm də unutmayaq ki, bu sahədəki geriləmələrini qapatmaq üçün onların xeyli vaxta və təcrübəli, ixtisaslı mühəndislərə ehtiyacları var.

Ümumiyyətlə, yuxarıda qeyd edilənlər mövcud mənzərənin təsviri və üzdə görünən tərəfidir. Alt qatlarda gizlənmiş böyük qlobal plan isə hələ ki, üzə çıxmayıb, daha doğrusu, üzə çıxarılmayıb.

Xeyli müddətdir ki, beynəlxal mətbuatda yeni dünya nizamı və onun hansı baza əsasında qurulacağı barəsində müxtəlif səpkili fikirlər səslənir, təhqiqat xarakterli təhlillər yazılır. Belə anlaşılır ki, pərdə arxasında daynamış möhtəşəm qlobal maliyyə gücləri “böyük dizayn” proqramı əsasında dünyaya yeni iqtisadi-siyasi format verməyi planlayırlar.

Heç şübhəsiz, ola bilər ki, 50 il bundan öncə geridə qalmış aqrar ölkə olan Çinin sürətlə böyüməsi, texnoloji inkişafın zirvələrində qərarlaşması və hətta nadir torpaq metallarının emalı və istehsalı üzrə inhısarçıya çevrilməsi də məhz “böyük dizayn”in tərkib hissəsidir. Yoxsa, strateji əhəmiyyətə malik elementlərin böyük əksəriyyətinin istehsalı və emalının faktiki bir əldə çəmləşməsinə ABŞ-nin uzun illər ərzində seyirçi qalması heç cür başa düşülən deyil. Bunun səbəbinin ekologiyanın pozulmasının isətənilməməsi ilə izah edilməsi inandırıcı görünmür. Bundan sonra ABŞ-nin tikəcəyi müvafiq zavodalr ətraf mühüitə ziyan verməyəcəkmi?

İndiyədək özünü sakit və sülhpərvər aparan Çinin birdən-birə təhdidedici sərt ritorika ilə danışması, dünyanın qabaqcıl texnologiya liderləri üçün təhlükənin çox da uzaqda olmadığını göstərir. Çinin bu mücadilədə strateji yanlışlığa yol verib-vermədiyini zaman göstərəcək. Çin artıq təkcə ABŞ ilə deyil, bütün güclü dövlətlərlə ticarət döyüşlərinə girişməli olacaq.

Əgər dünyada baş verənlərə fəlsəfi düşüncə prizmasından yanaşsaq, onda, deməli dünya “əksliklərin vəhdəti və mübarizəsi” kateqoriyasına uyğun olaraq qlobal çapda rəqabət və qarşıdurmanın yeni və amansız mərhələsinə qədəm qoyacaq.

Vaqif Nəsibov

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Oktyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri