Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qoca qitə” də amansız mübarizə qoşuldu 10 və 11 fevral 2025-ci il tarixlərində Fransa London (2023) və Sinqapurdan (2024) sonra üçüncü Süni intellekt (AI) Fəaliyyət Sammitinə ev sahibliyi etdi.
Müşahidəçilər forumu ABŞ prezidenti Donald Trampın 500 milyard dollarlıq büdcə ilə elan etdiyi “Stargate” layihəsinə cavab kimi qiymətləndirirlər.
Konfransın yekununda 58 ölkə “açıq”, “inklüziv” və “etik” süni intellekt inkişafı haqqında bəyannamə imzaladı.
Bəs sammitin “qoca qitə” üçün hansı nəticələri olacaq və ümumiyyətlə, süni intellekt məsələsində Avropa okeanın o tayına, eləcə də Çinə tutarlı cavab verə biləcəkmi?
Fransa mətbuatı artıq Paris AI Fəaliyyət Sammitini Trampın aqressiv “AI maşını”na qarşı “əks-zirvə” adlandırır.
ABŞ-ın süni intellekt sahəsində qlobal üstünlüyünə yönəlmiş “American Stargate” proqramının istifadəyə verilməsi elanından sonra Paris maşın öyrənmə texnologiyalarının istifadəsinə və ən əsası tənzimlənməsinə hərtərəfli baxış keçirmək üçün beynəlxalq ictimaiyyəti bir araya gətirdi.
Sammitin açılışı ərəfəsində Fransa prezidenti Emmanuel Makron tədbirin əsas məqsədini belə açıqlamışdı: süni intellekt sahəsinin texnologiyaların “Vəhşi Qərb”inə çevrilməsinin qarşısını almaq lazımdır.