Icma.az
close
up
RU
Qlobal neyron şəbəkə yarışı

Qlobal neyron şəbəkə yarışı

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qoca qitə” də amansız mübarizə qoşuldu

10 və 11 fevral 2025-ci il tarixlərində Fransa London (2023) və Sinqapurdan (2024) sonra üçüncü Süni intellekt (AI) Fəaliyyət Sammitinə ev sahibliyi etdi. Müşahidəçilər forumu ABŞ prezidenti Donald Trampın 500 milyard dollarlıq büdcə ilə elan etdiyi “Stargate” layihəsinə cavab kimi qiymətləndirirlər. Konfransın yekununda 58 ölkə “açıq”, “inklüziv” və “etik” süni intellekt inkişafı haqqında bəyannamə imzaladı. Bəs sammitin “qoca qitə” üçün hansı nəticələri olacaq və ümumiyyətlə, süni intellekt məsələsində Avropa okeanın o tayına, eləcə də Çinə tutarlı cavab verə biləcəkmi?

Fransa mətbuatı artıq Paris AI Fəaliyyət Sammitini Trampın aqressiv “AI maşını”na qarşı “əks-zirvə” adlandırır. ABŞ-ın süni intellekt sahəsində qlobal üstünlüyünə yönəlmiş “American Stargate” proqramının istifadəyə verilməsi elanından sonra Paris maşın öyrənmə texnologiyalarının istifadəsinə və ən əsası tənzimlənməsinə hərtərəfli baxış keçirmək üçün beynəlxalq ictimaiyyəti bir araya gətirdi. Sammitin açılışı ərəfəsində Fransa prezidenti Emmanuel Makron tədbirin əsas məqsədini belə açıqlamışdı: süni intellekt sahəsinin texnologiyaların “Vəhşi Qərb”inə çevrilməsinin qarşısını almaq lazımdır. Onun sözlərinə görə, bu “fəaliyyət sammiti”nin siyasi və iqtisadi maraqları aydındır: “Avropa oyanışını” təhrik etmək və hazırda ABŞ və Çinin liderlik etdiyi süni intellekt uğrunda sürətlə inkişaf edən yarışda alternativ təklif etmək.

Sammitin rəsmi açılışı fevralın 10-da Parisin Böyük Sarayında baş tutdu. Tədbirin proqramı mədəni, iqtisadi və diplomatik hissələrdən ibarət oldu. Əsas diqqət qlobal AI tənzimləmə sisteminin yaradılmasına, vətəndaşların hüquqlarının qorunmasına və dezinformasiyaya qarşı mübarizəyə yönəldildi. Yekun plenar iclas fevralın 11-də dövlət, hökumət başçıları və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirildi. 

Sammitə hazırlıq fevralın 6-da Milli Rəqəmsal Araşdırmalar İnstitutu (İnriya) və Paris Politexnik İnstitutunun təşkil etdiyi elmi konfranslarla başlamışdı. Fevralın 8-dən etibarən isə süni intellekt - mədəniyyət münasibətləri ətrafında müzakirələr aparılmışdı. Fransa Milli Kitabxanasının və Sena sahilindəki orta əsrlərə aid Konsyerjeri qalasının tarixi divarları daxilində geniş ictimaiyyəti AI-nin imkanları ilə tanış etmək üçün sərgilər və ustad dərsləri keçirilmişdi. Fransanın mədəniyyət naziri Raşida Dati sammitin tarixi əhəmiyyətini vurğulayaraq, mədəniyyət və süni intellekt məsələlərinin ilk dəfə belə yüksək beynəlxalq səviyyədə müzakirə edildiyini vurğulamışdı. Onun sözlərinə görə, yeni texnologiyalara təhlükə kimi deyil, mədəni məkanı zənginləşdirmək və incəsənətə çıxış imkanlarını genişləndirmək vasitəsi kimi baxmaq lazımdır.

Ancaq fransalı sənətçilər süni intellekt məsələsində ciddi narahatlıqlarını bildirirlər. Jan-Jak Qoldman, Jak Dutron, Ketrin Reynqer və Bob Senklar kimi fransız korifeylər də daxil olmaqla 34 mindən çox sənətçi 5 fevral 2025-ci ildə Le Parisien-də dərc olunmuş açıq məktubu imzalamışdı. Onlar süni intellekt sistemlərinin hazırlanması üçün əsərlərindən icazəsiz istifadə edilməsinə qarşı çıxış edirlər və bunu onların yaradıcılıq işlərinə “yolverilməz hörmətsizlik” adlandırırlar. 

Amma sənətçilərin bu etirazı Fransa hakimiyyətini ciddi narahat etmir. Yelisey Sarayı sammitin “möhtəşəmliyini” təmin etmək üçün büdcədən xeyli vəsait xərcləməkdən çəkinmədi. Parisin belə canfəşanlığının sadə izahı da var. Zəngin tədbirlər proqramı həyata keçirməklə Fransa süni intellektin inkişafı kontekstində “qoca qitə”də aparıcı ölkə statusunu təsdiqləmək istəyir. Lakin sammitin yekun bəyannaməsinin heç də bütün iştirakçılar tərəfindən imzalanmaması Parisin bu ambisiyasına kölgə saldı.

Məsələ ondadır ki, yekun bəyannaməni 58 ölkə imzaladı. Bu ölkələr və təşkilatlar süni intellektin tənzimlənməsi üzrə koordinasiyaya sadiq olduqlarını ifadə edərək, ayrı-ayrı oyunçuların üstünlük təşkil etməsinin qarşısını almaq və texnologiyanın geniş şəkildə əlçatan olmasını təmin etmək üçün “qlobal dialoqa” ehtiyac olduğunu vurğuladılar.  Bəyannamənin vacib məqamlarından biri “süni intellektin insanlar və planet üçün davamlı olması” öhdəliyidir. Bununla bağlı sammitdə Beynəlxalq Enerji Agentliyinin (IEA) himayəsi altında fəaliyyət göstərəcək Süni İntellektin Enerji Təsiri Rəsədxanasının yaradılması elan edildi. Həmçinin sektorun aparıcı şirkətlərinin daxil olacağı Dayanıqlı AI üçün Koalisiya yaradıldı.

Ancaq ABŞ və Böyük Britaniya yekun bəyannaməni imzalamadılar. Böyük Britaniyanın nümayəndəsi milli maraqları əsas gətirərək imzalamaqdan imtinanı belə əsaslandırdı: “Biz yalnız Böyük Britaniyanın maraqlarına cavab verən təşəbbüslərə qoşuluruq”. Hökumət rəsmisinin sözlərinə görə, Böyük Britaniya “bu müddət ərzində Fransa ilə əməkdaşlıq etdi”, lakin bəyannamənin bütün formulalarını razılaşdıra bilmədi. Buna baxmayaraq, London AI sahəsində digər təşəbbüslər üzrə Parislə əməkdaşlığı davam etdirəcək. Böyük Britaniyanın mövqeyi Baş nazir Kir Starmerin yanvar ayında açıqladığı strategiyaya uyğundur. O zaman cənab Starmer bildirmişdi ki, Böyük Britaniya süni intellektdə “dünya lideri” olmağı hədəfləyir.

ABŞ rəsmiləri isə, ümumiyyətlə, bəyannaməni imzalamaqdan imtinanın rəsmi səbəblərini açıqlamadılar. Paris sammitindəki çıxışında vitse-prezident Cey Di Vens süni intellektin tənzimlənməsini tənqid edərək, “həddindən artıq müdaxilənin inkişaf edən sənayeni öldürə biləcəyini” vurğuladı. Mütəxəssislərin sözlərinə görə, ABŞ və Böyük Britaniyanın bəyannaməni imzalamaqdan imtinası süni intellektin tənzimlənməsinə yanaşmalardakı mövcud fərqləri nümayiş etdirir.

Bəs “qoca qitə”nin süni intellekt sahəsində liderliyi ələ keçirmək şansı varmı? ABŞ və Çinin AI sənayesinin inkişafına xərcləmək istədikləri vəsait bu suala müsbət cavab verməyi xeyli çətinləşdirir. Doğrudur, Avropa liderləri neyron şəbəkələrinin inkişafına milyardlarla dollar yönəltməyə hazır olduqlarını bildirirlər. Məsələn, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen bildirir ki, Aİ Avropada süni intellektə investisiya üçün 200 milyard avro səfərbər etməyə hazırdır. O, süni intellektdən istifadə üçün beynəlxalq standartların qəbul edilməsinin zəruriliyini də xatırlatdı: “Süni intellektin inkişafı üçün inam lazımdır və bunun üçün texnologiya təhlükəsiz olmalıdır. AI tənzimləməsinin qəbulu məhz buna xidmət edəcək - vahid qaydalar toplusunu təmin etmək”.

Bundan başqa, AK prezidenti süni intellekt sahəsində ABŞ və Çindən geri qalması barədə deyilənlərlə razılaşmadığını da açıqlayır: “Çox tez-tez eşidirəm ki, Avropa bu yarışda ABŞ və Çindən geri qalır. Mən bununla razı deyiləm, çünki yarış bitməkdən çox uzaqdır. Həqiqət budur ki, bu, yalnız başlanğıcdır. Sərhədlər daim dəyişir və qlobal liderlik hələ əldə edilməmişdir”.  

Xanım fon der Lyayen, həmçinin vurğuladı ki, 60-dan çox şirkəti birləşdirən “Aİ AI Çempionları Təşəbbüsü” çərçivəsində Brüssel özəl sektordan 150 milyard avroya əlavə olaraq 50 milyard avro ayıracaq. Avropa Komissiyası sədrinin fikrincə, “Bu, etibarlı süni intellektin inkişafı üçün dünyanın ən böyük dövlət-özəl tərəfdaşlığı olacaq”.

Müşahidəçilər deyirlər ki, Ursula fon der Lyayenin süni intellekt sammitində çıxışı Aİ ilə ABŞ arasında süni intellektin tənzimlənməsi və inkişaf etdirilməsi ilə bağlı yanaşmalardakı ciddi fərqləri ortaya çıxartdı. Avropa Komissiyasının rəhbəri texnologiyaya təhlükəsizlik və inamı təmin etmək üçün aydın tənzimləyici bazanın yaradılmasının vacibliyini vurğulasa da, ABŞ-ın vitse-prezidenti Vens süni intellektin minimum tənzimləməsini tələb etdi. Vens vurğuladı ki, Birləşmiş Ştatlar süni intellekt sahəsində liderliyi saxlamaq niyyətindədir, Amerika sənayenin inkişafını ləngidə bilən həddindən artıq nəzarətdən qaçır. ABŞ-ın ambisiyalarının nümunəsi 500 milyard dollarlıq “Stargate” investisiya planıdır. 

Bir sözlə, Birləşmiş Ştatlar süni intellekt sahəsindəki liderliyini nə Çinə, nə də Avropaya güzəştə gedəcəyini bildirir. Avropada da gözəl bilirlər ki, ABŞ və Çin süni intellekt sahəsində liderdirlər. Lakin Avropanın çox da geridə qalmayacağına da ümid bəsləyirlər. “Qoca qitə”nin sakinləri deyirlər ki, yenidən velosiped ixtira etməyə ehtiyac yoxdur, ancaq irəliləmək lazımdır. Avropa şirkətləri süni intellektin tətbiqinə Amerika korporasiyalarının yarısı qədər pul xərcləyirlər. Buna görə də, Avropada süni intellektin tətbiqi sürətləndirilməsə, ABŞ ilə məsafə daha da genişlənəcək. 

S.ELAY

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Fevral 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərt ritorika davam edir, amma dialoq tam bitməyib ŞƏRH

15 May 2026 20:20see225

İstəyirəm ki, ruhum bayram etsin Mətanət İsgəndərli

15 May 2026 00:27see220

Bakının ən kriminal rayonları

15 May 2026 02:20see217

Kələm dolmasının inanılmaz faydası üzə çıxdı

14 May 2026 08:03see208

Azərbaycan mədəniyyətinin iqtisadiyyatda payı artır Adil Kərimli

14 May 2026 21:58see183

Məşqə başladı, tamamilə fərqli bir insan oldu FOTO

14 May 2026 21:08see170

Tanınmış azərbaycanlı aktrisanın toyu oldu İlk dəfə birgə FOTOları

14 May 2026 10:51see167

Əsl niyyətləri dünyanın cənubuna... İrandan ABŞ açıqlaması

15 May 2026 02:05see161

Bəlkə də təmizliyə səhv otaqdan başlayırsınız Mütəxəssislər ilk dayanacağı açıqladı

14 May 2026 07:07see155

Dünyanın aparıcı şəhərlərinin yer aldığı beynəlxalq reytinqlərdə Bakının da olması müsbət göstəricidir RƏY

15 May 2026 18:16see152

Yaponiya Mərkəzi Bankında faiz dərəcələrinin artırılması siqnalları güclənir

14 May 2026 21:52see148

May ayının 17 də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13 cü Sessiyası öz işinə başlayacaq ŞƏRH

14 May 2026 10:05see145

Bibərin yanında bu bitkiləri əkməyin

15 May 2026 03:04see145

Ən çox bu ölkələrdən olanlar Avropadan deportasiya edilib

14 May 2026 07:16see144

Ronaldonun pəhrizinin effektivliyi...

16 May 2026 02:02see144

18 yaşlı futbolçu seçimini etdi Fransa millisi ümid edirdi ki...

15 May 2026 00:25see143

UEFA “Atletiko Madrid”i 15 min avro cərimələyib

15 May 2026 01:12see141

Kola qapağındakı kiçik dəliyin sirri açıldı

15 May 2026 00:38see140

BVF xəbərdarlıq edir: Qlobal iqtisadiyyat mənfi senariyə doğru gedir

14 May 2026 21:30see138

Aygün Kazımova səhhətindən DANIŞDI: “Allah məni sevənlərimə qaytardı” VİDEO

15 May 2026 00:29see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri