Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Malayziyanın Terengganu şəhərindəki bir xəstəxanada yüksək dərəcədə antibiotik müqavimətli və ölümcül "Acinetobacter baumannii" növü aşkar edilib.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Alimlər, bu bakteriyanın qlobal miqyasda yayılmış "GC2" növünə aid olduğunu və ictimai sağlamlıq üçün ciddi təhdid yaratdığını bildiriblər.
Tədqiqatçılar, 2011 ilə 2020-ci illər arasında bölgədə toplanan 126 bakteriya nümunəsini araşdırıblar.
Nəticələr, bakteriyanın çoxsaylı antibiotiklərə qarşı müqavimət inkişaf etdirdiyini ortaya qoyub.
Xüsusilə "A.baumannii" infeksiyalarında adətən ilk seçilən karbapenem qrupu antibiotiklərə qarşı yüksək dərəcədə müqavimət aşkarlanıb.
Tədqiqatın nəticələri "Microbial Genomics" jurnalında dərc edilib.
Beynəlxalq tədqiqat qrupu, araşdırdıqları nümunələrin 97%-ində antibiotik müqavimətini yaymaqla məsul olan plazmid DNA-larının olduğunu qeyd edib.