Icma.az
close
up
RU
Qlobal sağlamlıq təhlükəsi: Ölümcül antibiotik müqavimətli superbakteriya aşkarlanıb

Qlobal sağlamlıq təhlükəsi: Ölümcül antibiotik müqavimətli superbakteriya aşkarlanıb

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Malayziyanın Terengganu şəhərindəki bir xəstəxanada yüksək dərəcədə antibiotik müqavimətli və ölümcül "Acinetobacter baumannii" növü aşkar edilib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Alimlər, bu bakteriyanın qlobal miqyasda yayılmış "GC2" növünə aid olduğunu və ictimai sağlamlıq üçün ciddi təhdid yaratdığını bildiriblər.

Tədqiqatçılar, 2011 ilə 2020-ci illər arasında bölgədə toplanan 126 bakteriya nümunəsini araşdırıblar. Nəticələr, bakteriyanın çoxsaylı antibiotiklərə qarşı müqavimət inkişaf etdirdiyini ortaya qoyub. Xüsusilə "A.baumannii" infeksiyalarında adətən ilk seçilən karbapenem qrupu antibiotiklərə qarşı yüksək dərəcədə müqavimət aşkarlanıb. Tədqiqatın nəticələri "Microbial Genomics" jurnalında dərc edilib. Beynəlxalq tədqiqat qrupu, araşdırdıqları nümunələrin 97%-ində antibiotik müqavimətini yaymaqla məsul olan plazmid DNA-larının olduğunu qeyd edib.

Tədqiqatın həmkarlarından, Birmingem Universitetindən Dr. David Kleary, işlə bağlı belə bir açıqlama verib: "Bu təhlükəli "A.baumannii" ailəsinin xəstəxanalarda yayılmağa davam etdiyinə dair yeni sübutlar əldə etdik. Lakin aşağı və orta gəlirli ölkələrdən gələn məlumat hələ çox zəifdir. Xəstəliyin necə yoluxduğunu anlamaq, yayılmasını dayandırmaq və effektiv müalicə metodları inkişaf etdirmək baxımından kritik əhəmiyyət daşıyır", - deyə bildirib.

Cleary, antibiotik müqaviməti ilə mübarizə apara bilmək üçün bu ölkələrdə daha effektiv izləmə sistemlərinə və yeni müalicə protokollarına ehtiyac olduğunu vurğulayıb. "Bu "GC2" növünün üstünlüyü və karbapenem müqavimətinin yüksəkliyi, ictimai sağlamlıq baxımından ciddi təhdid təşkil edir," – deyə o əlavə edib.

Tədqiqatın baş müəllifi və Malayziyanın Sultan Zainal Abidin Universitetindən Prof. Şev Çeng Yeo isə: "İşimiz, çoxlu dərman müqavimətinə malik bakteriyaların yayılmasına qarşı beynəlxalq tədqiqat əməkdaşlığının nə qədər vacib olduğunu göstərir. Xüsusilə bəzi bölgələrdən məlumat çatışmazlığı olduğu zaman bu əməkdaşlıq daha da kritik olur", - deyə bildirib.

"A.baumannii" bakteriyası qan, ağciyər, sidik yolu və yara infeksiyalarına səbəb ola bilər. Xüsusilə xəstəxana kimi sağlamlıq müəssisələrində infeksiyalara yol açdığı bilinir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə bu bakteriyanı, antibiotik müalicəsinə müqavimətli patogenlər arasında "kritik öncül təhdid" olaraq qiymətləndirir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Aprel 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri