Qlobal siyasi iqtisadi dinamika və adaptasiya qabiliyyəti Rusiyanı sanksiyalardan hələ də …
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır. Avropa Şurası Rusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul edib.
Sanksiya paketi ölkəyə təzyiqi daha da artırmaq, Ukrayna üçün ədalətli və davamlı sülhə nail olmaq və AB-nin məqsədini dəstəkləmək məqsədi daşıyır.Avropa İttifaqının hazırladığı 18-ci sanksiyalar paketi Rusiyaya necə təsir edəcək?
Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi 18-ci sanksiyalar paketi, xüsusilə neft qiymətləri və "kölgə donanması"na qarşı tədbirlər nəzərə alınaraq, strateji və iqtisadi cəhətdən mürəkkəb təsirlərə malikdir.
Nicat İsmayılov “Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyaların effektivliyi və Rusiyanın davamlılığı bir çox amillərdən asılıdır.
Yeni sanksiyaların əsas komponentləri və məqsədi, neft qiyməti tavanının azaldılması.
Aİ-in əsas hədəfi Rusiyanın neft ixracından əldə etdiyi gəlirləri kəsməkdir.
Əvvəlki sanksiyalarda (məsələn, 60 dollar/barrel tavanı) qeyri-rəsmi yollarla (kölgə donanması, sığorta saxtakarlığı) aşılırdı.
Yeni tədbirlər bu boşluqları bağlamağa çalışsa da, Rusiya artıq alternativ bazarlar (Hindistan, Çin) və ödəniş üsulları (yuan, dirhəm) yaratdığı üçün təsir məhdud ola bilər.
Tam oxu
Xəbəri oxu