Qlobal transformasiyalar fonunda Azərbaycanın prinsipial mövqeyi | Icma.az
Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2026-cı il yanvarın 20-də Prezident cənab İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində “Euronews” televiziyasına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sisteminin real mənzərəsini, qlobal transformasiyaları və Azərbaycanın bu mürəkkəb geosiyasi mühitdə tutduğu prinsipial mövqeni aydın şəkildə ortaya qoydu.
Dövlət başçısının səsləndirdiyi fikirlər təkcə cari siyasi proseslərə deyil, eyni zamanda gələcək beynəlxalq münasibətlər arxitekturasına dair mühüm strateji mesajlar ehtiva edir.
Cənab Prezident müsahibəsində beynəlxalq hüquq normalarının artıq dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq meyar kimi qəbul edilmədiyini xüsusi vurğuladı.
Bu, son illər baş verən geosiyasi proseslərin obyektiv təhlilinə əsaslanan ciddi bir reallıqdır.
Dövlət başçısının qeyd etdiyi kimi, müasir beynəlxalq münasibətlər yeni eraya qədəm qoyur və bu mərhələdə hadisələrin gedişini çox vaxt qanunun aliliyi deyil, güc qaydası müəyyən edir.
Məhz bu mürəkkəb şəraitdə Azərbaycanın strateji xətti milli maraqlara əsaslanan nəticələrə nail olmaqdan ibarət olub.
Prezident cənab İlham Əliyevin qətiyyətli mövqeyi ondan ibarətdir ki, Azərbaycan öz suverenliyinin və ərazi bütövlüyünün bərpasını beynəlxalq hüquqa tam uyğun şəkildə həyata keçirib.
Tam oxu
Xəbəri oxu